FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu
14-06-2022, 12:55 | SİYASƏT
Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu

Yaxınlaşmaqda olan bu fəlakətin miqyasını təsəvvür etmək üçün sadəcə 1991-ci ildə müstəqilliyin bərpasının elan edilməsindən 1993-cü ilin iyunun əvvəllərinə qədər baş verən hadisələrin xronologiyasına nəzər yetirmək kifayətdir. Azərbaycan dövləti uçurumun lap kənarında dayanmışdı və onu məhv etmək üçün kiçik bir təkan lazım idi. 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən ulu öndər Heydər Əliyev yaranmış böhrandan çıxış yolunu əks etdirən fikirlərini belə açıqlamışdı: “Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir”. Ümummilli Liderin irəli sürdüyü milli qurtuluş fəlsəfəsinin tarixi-siyasi məzmununu ifadə edən bu fikirlərin uğurla həyata keçirilməsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini qoruyub saxlamağa imkan verdi. Yenicə müstəqillik əldə etmiş bir ölkə çox qısa vaxt ərzində dünyanın siyasi səhnəsində öz yerini möhkəmnləndirməyə müvəffəq oldu.

Bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O bildirib ki, bu taleyüklü anda milli müstəqilliyimizi və dövlətçiliyimizi olmaqdan xilas edən məhz Azərbaycan xalqının müdrik qərarı oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət olunması məhz bu baxımdan ictimai şüurun, ümumxalq təfəkkürünün ən mürəkkəb situasiyalarda verdiyi qərarların siyasi proseslərə təsirinin nəticələrinin ölçülməsi baxımından ciddi sosioloji araşdırmaların mövzusu ola bilər. 1993-cü il iyunun 15-dən sonra ölkədə baş verən proseslər, milli dövlət modelinin qurulması, güclü idarəçilik sisteminin, mükəmməl xarici siyasət strategiyasının, iqtisadi inkişaf xəttinin formalaşdırılması şübhəsiz ki, nəticə etibarilə Ulu Öndərin müdrik siyasi lider kimi mükəmməl obrazının ştrixlərini özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan xalqının tarixi anlarda dəqiq qərar qəbul etmək bacarığının göstəricisidir. Yəqin ki, bu mühüm məqam tarixçilərin, siyasətçilərin və o cümlədən sosioloqların da apardığı tədqiqatların predmeti ola bilər. Çünki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətini məhv olmaqdan xilas edən qurtuluş missiyası həm də ümumxalq şüurunun siyasi, mənəvi-psixoloji və iqtisadi böhranlara səbəb olan proseslərə reaksiyasının mühüm elementlərini özündə ehtiva edir. Bu cür reaksiyanı yalnız milli şüuru formalaşmış, etnik, mədəni, dini və tarixi kontekstlə yanaşı, həm də ortaq mənafe və maraqlara malik toplumlar göstərə bilər. 15 İyun-Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti fikrimcə, həm də bu baxımdan xüsusi diqqətə layiqdir.

“SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bir çox digər respublikalar kimi, Azərbaycan xalqı da öz milli dövlətçiliyini formalaşdırarkən qlobal maraqların toqquşmasından qaynaqlanan çağırış və təhdidlərlə üz-üzə qalmışdı. Bu təhdidlərdən biri də Ermənistanın təcavüzü nəticəsindən ərazisinin ölkə ərazisinin 20 faizinin işğalı ilə bağlı idi. Əlbəttə ki, Ermənistan cəmiyyətində yüzilliklər ərzində həyata keçirilən ideoloji təbliğatın nəticələri, eləcə də Ermənistan dövlət siyasətinin son dərəcə təcavüzkar, terrorçu və işğalçı məzmunu keçmiş Qarabağ münaqişəsini şərtləndirən əsas faktorlar kateqoriyasında xüsusi yer tutur. Lakin burda həm də qlobal oyunçuların geosiyasi maraqları, SSRİ-nin süqutu nəticəsində yaranmış yeni siyasi reallıqlardan qaynaqlanan mənafelər mübarizəsinin diktə etdiyi şərtlər öz rolunu oynamışdı. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi siyasət isə müəyyən məqamlarda və müəyyən həddə qədər bu yeni şərtlərə uyğunlaşmanı, mümkün və zəruri situasiyalarda isə həmin şərtləri dəyişməyi nəzərdə tuturdu. Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında məhz Ümummilli Liderin 30 il öncə qəbul etdiyi qərarların nəticəsi olaraq müəyyən olunmuş strateji xəttin uğurla davam etdirilməsi dayanır. İndi Azərbaycan 30 il öncəki ölkə və dövlət deyil. Ancaq Azərbaycan xalqı 30 il öncə olduğu kimi, bu gün də öz müdrikliyini, tarixinə və milli dəyərlərinə sədaqətini qoruyub saxlayır. Sadəcə bir fərq var, indi o qalib xalqdır. 1993-cü ildə öz böyük Liderini hakimiyyətə dəvət edən Azərbaycan xalqı onun müəyyən etdiyi yolun, siyasi və milli idealların təhlükəsizliyini, rifahını və gələcəyini təmin edəcəyinə 30 il bundan öncə olduğu kimi inanır. Azərbaycana 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfəri qazandıran ən başlıca amil məhz bu inam, bu sədaqətdir. 15 iyun Milli Qurtuluş gününün tarixi və ictimai-siyasi məzmunu həm də buna görə milli əhəmiyyət kəsb edir”, - deyə Ramin Məmmədov qeyd edib.

Ramin Məmmədov, həmçinin bildirib ki, ümummilli lider Heydər Əliyevin Milli Məclisin iclasında Azərbaycan parlamentinin sədri seçildikdən sonra çıxış edərkən ölkənin ərazi bütövlüyünün təmin olunmasını qarşıda duran ən böyük çətinlik kimi qiymətləndirmişdi. Bu həm də o demək idi ki, müasir Azərbaycan Respublikasının qurucusu olan böyük öndər ərazi bütövlüyü məsələsinin ən vacib milli hədəf, həllini gözləyən ən mühüm vəzifə kimi görürdü. Məhz onun qurduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev bütün iqtisadi, siyasi, ideoloji parametrləri ilə beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş güclü Azərbaycana çevirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”. 1993-cü il iyunun 15-də başlayan Milli Qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir.

 




Baxış sayı: 599
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031