FACT-INFO.AZ » SİYASƏT » Səfir: "Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən asılıdır"
11-07-2016, 08:45 | SİYASƏT
Səfir: "Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən asılıdır"

Səfirlikdən Azadinform-a verilən məlumata görə, tədbir çıxış edən təşkilatın prezidenti Nelson Qarsia rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ABŞ-ın dövlət qurumları və özəl sektorlarında çalışan əməkdaşları ilə xarici ölkələrin Vaşinqton şəhərində yerləşən diplomatik nümayəndəliklərinin üzvləri arasında əlaqələrin qurulması olduğunu qeyd edib. 
Daha sonra çıxış edən səfir Elin Süleymanov qeyd edib ki, Azərbaycan 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika qurub və dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar verib. Səfir Azərbaycanın hələ ABŞ-dan daha öncə qadınlara seçki hüququnu verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Azərbaycanın 1991-ci ildə müstəqilliyinə yenidən qovuşduğunu qeyd edən səfir Heydər Əliyevin uzaqgörən və strateji siyasəti nəticəsində ölkəmizin 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"ni imzaladığını vurğulayıb. Ölkə rəhbərliyi tərəfindən aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycanın enerji sektoruna külli miqdarda investisiya cəlb olunub, regionda inkişaf sürətləndirilib və Xəzər dənizinin enerji resurslarını Avropaya daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşüb. Azərbaycanın ABŞ-la uğurlu əməkdaşlıq əlaqələri qurduğunu vurğulayan səfir bu əlaqələrin təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar üzərində yaradıldığını bildirib. 
Ölkəmizin ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk dövlətlərdən olduğunu qeyd edən diplomat Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Varşava Sammitində iştirakı çərçivəsində ABŞ-ın yüksək rütbəli rəsmiləri, eləcə də Əfqanıstanın prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşlərə istinad edərək, Azərbaycanın Əfqanıstanda, həmçinin dünyanın digər qaynar nöqtələrində sülhün bərqərar olunmasında maraqlı olduğunu vurğulayıb. Səfir eyni zamanda dünyada radikalizm və ekstremizmin artması fonunda Azərbaycanın müasir, əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi və proqressiv dövlət qurduğunu bildirib, Azərbaycanda etnik, dini və cinsi əsasda heç kimə qarşı ayrı seçkiliyin olmadığını qeyd edib. Bu baxımdan Azərbaycan təcrübəsinin beynəlxalq ictimaiyyət qarşısında dayanan bir çox çətinliklərə cavab axtarışında faydalı ola biləcəyi vurğulanıb: "Belə ki, dünya səviyyəli mədəni və idman tədbirlərinin Azərbaycanda keçirilməsi, ölkəmizi dünyada sülh və dialoqun məkanına çevirib". 
Səfir Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın 20% ərazisini işğal edib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı hələ də davam etməkdədir. Səfir Ermənistanın gələcəyinin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllindən və qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılı olacağını qeyd edib. O, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həllində oynadığı müsbət rolu Azərbaycanın yüksək qiymətləndirdiyini bildirib. 
Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm işlər gördüyünü vurğulayan səfir bu istiqamətdə atılan addımlardan birinin müasir İpək Yolunun çəkilməsi olduğunu qeyd edib. Ölkəmizin qonşu dövlətlərlə bu yolun çəkilməsi üçün İşçi Qrupu yaratdığını bildirən diplomat müasir İpək Yolu işə düşdüyü zaman Çindən Avropaya yüklərin cəmi 14 günə daşınmasının mümkün olacağını vurğulayıb.

 

 




Baxış sayı: 1 635
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031