FACT-INFO.AZ » SİYASƏT » ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib
11-06-2022, 09:30 | SİYASƏT
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Fact-info.az-a bildirilib ki, iclası açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.

Tədbirdə əvvəlcə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. O diqqətə çatdırıb ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna bu gün artıq 27 ölkə üzv olub. Bildirib ki, Qrup üzv dövlətlər arasında möhkəm, qarşılıqlı və faydalı əməkdaşlıq üçün zəmin yaradır.

Məruzədə İpək Yoluna Dəstək Qrupunun 2020-ci ildə “PostCOVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?” mövzusunda keçirilmiş onlayn tədbirin əhəmiyyəti vurğulanıb.

Sonra tədbirdə Qrupun rəhbər prinsiplərində nəzərdə tutulan yeni modifikasiya ilə bağlı ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi çıxış edib.

Görüşdə Qrupun rəhbər prinsiplərinə və təcrübələrinə dair bir sıra təşkilati məsələlər də müzakirə olunub.

Onlayn görüşdə Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, bu qurumda Fransa nümayəndə heyətinin üzvü, Prosedur qaydaları və iş təcrübələri üzrə Alt komitənin sədri Paskal Allizard və digər şəxslər iştirak ediblər.




Baxış sayı: 523
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30