Təqdimat mərasimi Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Regionda mədəniyyətin qorunması və təbliği, həmçinin, mədəniyyətin inkişafına xidmət edən yaradıcı insanlara dəstək məqsədilə keçirilən tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyi sədrinin Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müşaviri, şair-yazıçı Sayman Aruz, eləcə də digər yaradıcı şəxslər, şəhid ailələri və qazilər, müxtəlif dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən qonaqlar tədbirdə şəhidlərimizin adlarının yaşadılması naminə şair-esseist Şahnaz Şahinin bu mövzuda kitab ərsəyə gətirməsinin nümunəvi addım olduğunu vurğulamış, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin bədii ədəbiyyatda vəsf olunmasının, şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacib əhəmiyyətindən söz açıblar.
Daha sonra müəllif Şahnaz Şahin çıxış edərək hər iki kitab haqqında iştirakçılara ətraflı məlumat verib, tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə öz minnətdarlığını bildirib.
Baxış sayı: 558
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

