APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.
“Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlik müsbət mesajlarının nümunəsidir. Türkiyə və Azərbaycan, Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq və Ermənistan da buna müvafiq addımlar atarsa, beynəlxalq hüquqa sayğı göstərərsə, regional həqiqətləri doğru-düzgün başa düşərsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”, - nazir bildirib.
XİN rəhbəri Ermənistandan da münasibətlərin normallaşdırılmasına yönəlik bəzi müsbət mesajlar gəldiyini xatırladıb: “Bunları pozitiv addımlar olaraq görürük. Bu istiqamətdə irəliləmək başda Ermənistan və Azərbaycan olmaqla bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycanla Türkiyə ilə əlaqələri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistanın özü üçün faydalıdır. Çünki işğalçı siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. Ermənistan hakimiyyəti bunu anlamalı və doğru nəticələr çıxarmalıdır”.
Baxış sayı: 622
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

