FACT-INFO.AZ » XƏBƏR » QHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir
6-06-2022, 10:40 | XƏBƏR
QHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir

Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının fəaliyyətində çoxdan gözlədiyimiz canlanmanın şahidiyik.
Ötən ilin aprel ayında ölkə Prezidentinin Fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması Azərbaycanda sağlam vətəndaş cəmiyyətinin bərqərar olması və inkişafı istiqamətində atılmış mühüm addım oldu. Agentliyin qısa bir dövrü əhatə edən fəaliyyəti bu addımın yeni reallığın çağırışlarına tam uyğun olaraq atıldığını nümayiş etdirməklə yanaşı, cəmiyyətin həyatında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının forma və məzmunca yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu mərhələdə faydalı layihələrdən biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində, o cümlədən Gəncə şəhərində, Şəmkir, Quba, Qəbələ rayonlarında həyata keçirilən “QHT ziyarətləri” layihəsidir. Layihə çərçivəsində Agentliyin rəhbərliyi ictimai qurumların işçi heyəti və fəalları ilə görüşür, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və üzləşdikləri problemlərlə yerindəcə tanış olur, istəklərini və imkanlarını öyrənir, vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə edir. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Prezident Administrasiyasının məsul əməkdaşları və Agentliyin Müşahidə Şurasının üzvlərinin iştirakı ilə baş tutan “QHT ziyarətləri”nin həm yerlərdə bu ictimai qurumların nüfuzunun yüksəldilməsində, həm də onların hər birinin dövlət və cəmiyyət qarşısında öz məsuliyyətinin tam şəkildə dərk edilməsində əhəmiyyəti danılmazdır.

Agentliyin geniş coğrafi ərazini əhatə edən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda respublika zona konfransları da yetərincə maraqlı və faydalı təşəbbüsdür. Artıq bir sıra bölgələrdə - Şamaxı, Quba, Şəmkir rayonları və Gəncə şəhərində - baş tutmuş konfranslar QHT-lərlə dövlət qurumları, ilk növbədə bu qurumların fəaliyyətində vətəndaş cəmiyyətinin fəal iştirakına zəmin yaradan ictimai şuralar arasında sıx əməkdaşlığın təmin edilməsi, son nəticədə vətəndaş cəmiyyətinin davamlı inkişafına nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfranslarda qeyri-hökumət təşkilatlarının müxtəlif sahələri əhatə edən dövlət siyasətinin gerçəkləşməsində və cəmiyyəti qayğılandıran problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin və ictimai nəzarətin təşkilində rolu və yeri, onların dövlət qurumları ilə əməkdaşlıq məsələləri geniş müzakirə olunur, QHT-lərin vətəndaşlarla mümkün qədər sıx ünsiyyət və şəffaf münasibət qurmasının zəruriliyi vurğulanır, sosial problemlərin həlli ilə bağlı qərarların qəbulu prosesində dəstəkverici rolu diqqət mərkəzinə çəkilir. 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində qeyri-hökumət təşkilatları ilə həm yerli dövlət qurumları və ictimai qurumlar, həm də beynəlxalq təşkilatlar arasında əməkdaşlıq geniş təşviq edilir. Şübhəsiz ki, əhalinin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, insan hüquqlarının, xüsusilə də qadın və uşaq hüquqlarının müdafiəsi, söz və fikir azadlığının təmin edilməsi, narkomaniyaya və məişət zorakılığına qarşı mübarizə, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşması, məqsədyönlü tədbirlərin gerçəkləşməsi beynəlxalq təcrübənin öyrənilməsini və cəmiyyətin milli xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilməsini tələb edir.

Ötən ay qardaş ölkədə yüksək səviyyədə keçirilmiş Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun və bu mötəbər tədbirdə irəli sürülmüş təşəbbüslərin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm əhəmiyyətə malik beynəlxalq təcrübənin öyrənilməsi və QHT-lərin bu təcrübədən yetərincə bəhrələnməsi işinə güclü təkan verəcəyinə ümidvarıq. Əminik ki, Azərbaycanda formalaşmış və bu gün fəaliyyətində canlanma yaşanan çoxşaxəli QHT şəbəkəsi qardaş Türkiyənin qeyri-hökumət qurumlarının zəngin təcrübəsindən faydalanacaq, dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

“Biz birlikdə güclüyük” şüarı mənasını itirməmişdir. Və heç zaman itirməyəcək də. Ölkəmizdə fəaliyyət göstərən və vətəndaş cəmiyyətinin bərqərar olmasında həlledici rol oynayan qeyri-hökumət təşkilatları da davamlı inkişaf prosesinin fəal iştirakçıları kimi öz aralarında əməkdaşlıq və qarşılıqlı əlaqəni möhkəmləndirməli, birgə layihələrə imza atmalı, qüvvələrini cəmləşdirməlidirlər. 

Tam əminik ki, bu gün fərqli sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həyatında canlanma yaradan, üzərinə düşən missiyanı layiqincə yerinə yetirən QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu birliyi təmin etməyə qadirdir. 

Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 683
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031