FACT-INFO.AZ » XƏBƏR » Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında indiki Ermənistanda azərbaycanlılara aid abidələrin dağıdılması barədə söz açılmır - Elçin Mirzəbəyli
6-06-2022, 08:25 | XƏBƏR
Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında indiki Ermənistanda azərbaycanlılara aid abidələrin dağıdılması barədə söz açılmır - Elçin Mirzəbəyli

Amma hesabatda yer alan faktlar işğal dövründə məhv edilən, dağıdılan, təhqirə məruz abidələrin cüzi bir hissəsini əhatə edir və erməni vandalizminin özünü Azərbaycan ərazilərində büruzə verən anoloji nümunələri ilə bəşər tarixində rastlaşmaq mümkün deyil. Hətta dəfələrlə dağıdılmış Karfagen şəhərinin qalıqlarını belə Azərbayanın işğaldan azad edilmiş ərazilərindəki dağıntılarla müqayisədə etmək mümkün deyil. Çünki ermənilər müqayisə etmək üçün heç nə saxlamayıblar. Bu torpaqlardan azərbaycanlıların izini silmək üçün misli görünməmiş vandalizm aktlarına əl atıblar.

Bunu Trend-ə siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, müasir dövrdə vandalizmdən söz açanda Talibanın 2001-ci ildə Buddanın nəhəng heykəlini uçurması və ya İŞİD terror qruplaşmasının Nimrud Hatra şəhərindəki arxeoloji abidələrini, həmçinin Mosuldakı şumer, assuriya və vavilion mədəniyyətinə məxsus mədəniyyət nümunələrini darmadağın etməsi yada düşür. Halbuki, vandallar yalnız mədəniyyət abidələrini, alman faşistləri park-kompleksləri, Taliban və İŞİD isə dünyəvi dinlərə qədərki mədəniyyət nümunələrini dağıdıblar, yaşayış evlərini, infrastrukturu, kilsələri, ziyarətgahları, məscidləri, sosial obyektləri yox.

"Məhz bu baxımdan, erməni vandallığı vandalizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Çünki o qarşısına keçən hər şeyi məhv edir.

Digər tərəfdən, ermənilər təkcə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində deyil, həm də indiki Ermənistan ərazisində də azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələri məhv edərək, bu torpaqlardan Azərbaycan xalqının izlərini silməyə çalışıblar. Təəssüf ki, ABŞ Dövlət Departamentinin sözügedən hesabatında indiki Ermənistan ərazisində azərbaycanlıların tarixi, mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılması, ermənilərin nəinki məscidləri, hətta ermənilərə, Qriqoryan kilsəsinə aidiyyatı olmayan xristian abidələrini belə dağıntılara məruz qoyduqları barədə söz açılmır. Məhz bu cəzasızlıq vandalizmi erməniliyin başqa xalqlara və mədəniyyətlərə qarşı dağıdıcı silahına çevirib və son iki ildə Ermənistanda qeydə alınan 30-a yaxın vandalizm aktı da sübuta yetirir ki, vandalizm erməni təfəkkürünün, dünyagörüşünün ayrılmaz bir parçasıdır.

Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi və bütün sivil bəşəriyyəti, vicdanı olan insanları sarsıdan, hətta ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında yer alan vandalizm nümunələri UNESCO-nun diqqətini cəlb etmir. Azərbaycan tərəfinin hələ müharibədən öncə sözügedən təşkilara müraciətləri bu günədək diqqətdən kənarda qalıb. Bəşəriyyətə məxsus irsin qorunmasına görə məsuliyyət daşıyan bir təşkilatın onillər ərazində erməni vandalizminə göz yumması, ayrı-ayrı xalqlara, dini konfessiyalara aid olan irsin məhv edilməsi ilə bağlı yeni-yeni presidentlərin ortaya çıxmasına zəmin yaradır", - E.Mirzəbəyli qeyd edib.




Baxış sayı: 620
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031