FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanla əməkdaşlığımız strateji xarakter daşıyır
5-06-2022, 09:45 | SİYASƏT
Azərbaycanla əməkdaşlığımız strateji xarakter daşıyır

Bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.

 Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunda Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb:

 “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri – TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik dönəmdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır. Cənub Qaz Dəhlizi ilə bu günədək Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib. İlham qardaşımla birlikdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Şuşa Bəyannaməsində də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin potensialının artırılmasının önəmini ifadə etdik. Beynəlxalq aləmdə yaşanan proseslər atdığımız bu addımların nə qədər doğru olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi artıq daha yaxşı dərk olunur”.

 Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atdığı qeyd olunub:

 “Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın bərpaolunan enerji sahəsində nümayiş etdirdiyi mövqe regional sabitlik və rifah baxımından yol xəritəsi rolunu oynayır. Bu baxımdan Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsi son dərəcə düzgün addımdır”.

 

Türkiyə dövlətinin başçısı enerjinin və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə keçirilən Bakı Enerji Həftəsinin işinə uğurlar arzulayıb, bütün iştirakçılara təbriklərini çatdırıb.




Baxış sayı: 532
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031