Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cari ilin hazırlıq planına uyğun olaraq, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdim olunması mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxış edənlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb və hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət tribuna önündən təntənəli keçid edib.
Baxış sayı: 545
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

