AZƏRTAC xəbər verir ki, fizioterapevt Məhəmməd Şükürov deyib: “Optimal yeriş hər gün, həftədə beş dəfə minimum 3 min addım atılması deməkdir. Dəqiqədə 100 addım atılması optimal sayılır”.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini normada saxlayır, oynaqların funksiyasını yaxşılaşdırır. Gəzinti zamanı qan dövranı düzgün işləyir, beyin oksigenlə tam qidalanır, əhvalın xoş olması, stresin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Müsahibimiz deyib: “Elə optimal yeriş seçməliyik ki, nə passiv olmasın, nə də təngnəfəslik verməsin. Lakin bir qədər sürətli olmalıdır, çünki ürək döyüntüsünün sayını 100-ün üzərinə çıxmalıdır. Lakin onu aşırı dərəcədə də artırmaq olmaz. Ürək döyüntüsü 100-120 olanda metobolizm prosesi sürətli gedir”.
Sağlamlıq üçün sürətli yerişə üstünlük verilməlidir. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Oksigenin bol olduğu səhər saatlarında yaşıllıqlar arasında gəzmək daha münasibdir. Sağlamlığı optimal səviyyədə saxlamaq üçün yürüşə hər gün vaxt ayırmaq lazımdır.
Baxış sayı: 675
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

