Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi mühüm rol oynayır və qlobal enerji oyunçularının diqqətini Azərbaycana yönəldib.
“Azərbaycandan Gürcüstana ilk boru kəməri olan "Supsa"nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən, “Şahdəniz” yatağının işlənməsinə başladıq və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq, Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Əlbəttə ki, bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb bu cür genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir.
Bundan sonra əsas neft kəmərimiz olan Bakı-Tbilisi-Ceyhan xəttini çəkib işə sala bildik. Bu xətt Xəzər və Aralıq dənizlərini birləşdirməyə, yeni marşrut və mənbə vasitəsilə dünya bazarlarına neft çıxarmağa imkan verdi", - Prezident vurğulayıb.
Baxış sayı: 580
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

