Fact-info.az xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, səfirliyin əməkdaşları, diaspor nümayəndələri, yazıçılar, ictimai xadimlər iştirak ediblər.
Kitabın tərtibçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin əlaqələndiricisi, Qırğız-Türk “Manas” Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, redaktoru və “Ön söz” müəllifi Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovdur. Kitabda 13 Azərbaycan yazıçısının 14 hekayəsi yer alıb.
L.Qəndilov ermənilərin xalqımıza qarşı zaman-zaman törətdiyi soyqırımlar haqqında məlumat verib, kitabın qırğız dilində nəşr olunmasını yüksək qiymətləndirib. Səfir deyib ki, son 30 ildə Qarabağda baş verən hadisələri qırğız oxucusunun daha dərindən anlaması, 44 günlük Vətən müharibəsində Qələbənin necə çətinliklə qazanılmasını dəyərləndirmək üçün bu toplu mühüm rol oynayacaq. Diplomat toplunun ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıq edib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayevin və kitabdakı hekayələrdən birinin müəllifi Əkbər Qoşalının onlayn çıxışları dinlənilib.
Baxış sayı: 660
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

