Yazılarda Azərbaycanın mədəniyyət paytaxtı və Qafqazın incisi Şuşa şəhərinin tarixindən, onun dünya mədəniyyətinə bəxş etdiyi görkəmli ədib və bəstəkarlardan bəhs olunub. Müəllif qeyd edib ki, təkcə XIX əsrdə 95 şair, 22 musiqiçi, 38 müğənni, 5 astronom alim, 18 heykəltaraş və 16 tanınmış həkimin yurdu olan bu qədim şəhər regionda elm, mədəniyyət və təhsil mərkəzi olub.
Məqalədə böyük fransız yazıçısı Aleksandr Dümanın Qarabağ xanının qızı, görkəmli şair Xurşidbanu Natəvanla görüşü, Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ilin fevralında Belçikanın Vaterlo şəhərində Natəvanın abidəsinin açılışı, Qarabağda abidələrə qarşı vandallıq edən ermənilərin bu heykəllə bağlı törətdikləri təxribat barədə də məlumat verilib.
Müəllif vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib və bu çərçivədə mötəbər beynəlxalq tədbirlər təşkil olunur.
Baxış sayı: 651
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

