FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub
21-05-2022, 09:50 | MƏDƏNİYYƏT
“Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub

Konsertdə Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qarabağ və Şuşa haqqında ətraflı məlumat verib, onların tarixi, siyasi əhəmiyyətinə toxunub. Şuşanın Azərbaycan mədəniyyət paytaxtı olmasından söz açıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, strateji mövqeyi ilə seçilən, Qarabağın tacı Şuşanın azad edilməsi Azərbaycanın tarixi Qələbəsinin zirvəsi idi. Şuşanın azad edilməsi 30 ilin torpaq həsrətinə son qoydu.

VurğulaNıb ki, ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğala məruz qalmış şəhərdə yüzlərlə tarixi və mədəniyyət abidəsi vandalizm aktları nəticəsində dağıdılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyətimiz xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Səfir bildirib ki, Qarabağ Azərbaycanın, Şuşa isə Qarabağın incisidir. Azərbaycanın musiqi beşiyi olan Şuşa Seyid və Xan Şuşinskilər, Bülbül, Üzeyir Hacıbəyli kimi məşhur bəstəkar və xanəndələr yetişdirib. Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri olub. Qarabağ xanəndələri muğam sənətini daha da inkişaf etdirib, onu daha da zənginləşdiriblər. Şuşanın klassik xanəndələri bütün Qafqazda, Mərkəzi Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaradıblar. Şuşa sənətkarlarınıın yaratdıqları musiqi məktəbləri xanəndəlik və vokal sənətinin inkişafına böyük töhfələr verib. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Sonra Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi ilə Qarabağ muğam qrupunun konserti olub. Xalq artisti Elçin Həşimov (tarda), Əməkdar artist Elnur Əhmədov (kamança), Əməkdar artist Kamran Kərimovun (nağarada) müşayiəti ilə Mənsum İbrahimov və muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova “Rast”, “Bayatı Şiraz”, “Segah” təsniflərini “Azərbaycan gözəli”, “Şuşanın dağları”, “Qarabağ”, “Yaşa mənim xalqım!” mahnılarını ifa ediblər.

“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizova “Şuşam mənim” mahnısını ifa edib.




Baxış sayı: 853
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031