Trend türk KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib.
Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu deyən Türkiyə XİN rəhbəri qeyd edib ki, NATO beynəlxalq təşkilat deyil, ittifaqdır.
"NATO dövlətlərin ittifaqıdır. Bundan nə nəticə çıxır? Bu, təkcə təhlükəsizlik məsələsi deyil, bütün sahələrdə, xüsusən də təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb edir.
Lakin İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir. Bu, xalqımızın hisslərinə mənfi təsir göstərir. Müttəfiqlər sırasına qoşulmaq istəyən ölkə hər gün bizə hücum edən, mülki vətəndaşlarımızı, hərbçilərimizi, polislərimizi öldürən terrorçulara himayədarlıq etməməlidir", - Mövlud Çavuşoğlu qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə əvvəldən NATO-nun "açıq qapı" siyasətini dəstəkləyib. O xatırladıb ki, Türkiyə təşkilatın bəzi üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, bir sıra ölkələrin namizədliyini dəstəkləyib.
Baxış sayı: 661
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

