FACT-INFO.AZ » SİYASƏT » Azay Quliyev: "Belə bir qətnamə layihəsini təqdim etməyə hazıram"
4-07-2016, 08:35 | SİYASƏT
Azay Quliyev: "Belə bir qətnamə layihəsini təqdim etməyə hazıram"

 Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib. Azadinform-un xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin, ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda çıxış edib. 

Azay Quliyev çıxışında məruzəçi xanım Marqareta Sederfelin hazırladığı hesabata münasibət bildirib. Hesabatla bağlı 3 məsələyə toxunan ATƏT PA Büro üzvü ilk olaraq  transmilli terrorizmdən danışıb. 

“Biz İstanbul Atatürk aeroportunda xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı xəbərindən olduqca kədərləndik. Bu gün bütün dünya dəhşətli terror bəlası ilə üz-üzədir. Mən buradan terror qurbanlarına, onların ailələrinə və ümumilikdə Türk xalqına başsağlığı verirəm. Bu vəziyyət terrora qarşı ümumi səfərbərliyi və qətiyyətli mübarizəni tələb edir”- deyən Azay Quliyev qeyd edib ki, ATƏT terrorla mübarizə üzrə effektiv mexanizm hazırlamalı, fərqli siyasi baxışlara malik üzv ölkələrin səylərinin “vahid beynəlxalq anti-terror koalisiyası”nda birləşdirilməsinə nail olmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvünün toxunduğu ikinci məsələ ATƏT regionunda uzun sürən münaqişələrdir. Azay Quliyev deyib: 

“ATƏT Moldova və Cənubi Qafqaz regionunda mövcud münaqişələrin həllində beynəlxalq hüququn prinsipləri, o cümlədən ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamənin müddəaları əsasında həllinə nail olmalı, bu münaqişələr üzrə mövcud mexanizmləri daha da təkmilləşdirməlidir”.

Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud münaqişələrin həllini prioritet elan etməsi və bu istiqamətdə göstərdiyi bir sıra təşəbbüsləri alqışlayan azərbaycanlı millət vəkili əlavə edib ki, ATƏT-in hazırkı sədri və Almaniyanın xarici işlər naziri cənab Valter Ştaynmayerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status kvonun təhlükəli və qəbul edilməz olduğu haqqında verdiyi bəyanat ATƏT PA tərəfindən dəstəklənməlidir.

“ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar imitasiya xarakteri olmamalı və qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmalıdır.

Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin may ayının 16-da keçirilən Vyana görüşünü və iyunun 20-də keçirilən Sankt Peterburq görüşünü müsbət qiymətləndirir və bu görüşlərdə əldə edilmiş ümumi anlayışın tezliklə münaqişənin həlli istiqamətində konkret nəticə verəcəyinə ümid edirəm”. 

 Azay Quliyev toxunduğu üçüncü məsələ hərbi münaqişələrdə qadınların vəziyyəti haqda olub.

 “ATƏT regionunda hərbi münaqişələr nəticəsində qadınların düşdüyü vəziyyətə gəlincə, əlbəttə bu hamımız üçün ciddi çağırış hesab olunur. Ona görə də ATƏT PA bu mövzuya daha çox diqqət ayırmalı və münaqişədən əziyyət çəkən məcburi köçkün qadınların, xüsusilə əsir və girovluqda saxlanılan, şərəf və ləyaqəti alçaldılan, müxtəlif zorakılığa və zorakı əməyə məruz qalan qadınların hüquqlarının bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir”- deyən Azay Quliyev bu istiqamətdə atılacaq addım kimi gələn il Minskdə keçiriləcək ATƏT PA-nın illik sessiyasında ayrıca bir qətnamənin qəbulunu təklif edib və bildirib ki, belə bir qətnamə layihəsini hazırlaya bilər. (Azadinform)




Baxış sayı: 1 729
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031