Xatirə gecəsində Niderlandda fəaliyyət göstərən diaspor fəalları, icma və təşkilat nümayəndələri, eləcə də Benelüks Azərbaycanlıları Konqresinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Niderland Krallığındakı səfirimiz Fikrət Axundov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizi ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi siyasi-iqtisadi böhrandan çıxarmasından söz açıb. Bu siyasət Vətənimiz üçün qurtuluş oldu. Vətənimizin üzərinə düşmüş ağır sınaq olan 1-ci Qarabağ müharibəsi dövründə müdrikliklə atəşkəsə nail oldu, bir milyona yaxın qaçqının problemini həll etdi.
“Ulu Öndər Azərbaycanın iqtisadi və siyasi inkişaf prosesinin uğurlu təməlini qoydu. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan dünya siyasi arenasında layiqli yerini tutdu”, - deyə F.Axundov vurğulayıb.
Sonra ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Baxış sayı: 763
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media

