Nazirlikdən Fact-info.az-a bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bulud” xalçasına həsr olunub.
Qarabağ tipinə aid “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin II yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri ilə meydana çıxıblar. Qeyd olunan dövrdə Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi.
Bir çox sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilham alaraq onları xalça üzərinə keçirirdilər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən olaraq rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir.
Xalçanın “Bulud” adlanması isə üzərində yerləşdirilən naxış elementlərinin pərakəndəliyinin səmada bulud təəssüratı yaratması ilə əlaqədardır.
Baxış sayı: 617
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

