525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Polşa və digər 8 ölkədə başlayacaq NATO təlimində 18 minə yaxın əsgər iştirak edəcək.
Mayın 1-dən 27-dək Polşada "Defender Europe 2022" (DE22) və "Swift Response 2022" (SR22) təlimləri keçiriləcək. 20-dən çox ölkədən ümumilikdə 18 min əsgər və 3 000 texnika artıq Polşa ərazisindədir.
Polşadakı təlimlərdə ABŞ, Almaniya, Fransa, İsveç, Danimarka və Böyük Britaniya hərbçiləri də iştirak edəcək. Polşa əsgərləri də öz növbəsində Litva və Latviya ərazisində təlimlərdə iştirak edəcəklər.
"Defender Europe 22" təlimləri ABŞ Silahlı Qüvvələri tərəfindən təşkil edilir. Təlimlər ABŞ və NATO müttəfiqləri arasında hazırlıq və qarşılıqlı fəaliyyətin formalaşdırılmasına yönəlib.
Təlimlərə Polşa tərəfdən "F-16", "Su-22" təyyarələri, "Mi-24" helikopterləri cəlb olunacaq.
Baxış sayı: 605
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

