FACT-INFO.AZ » XƏBƏR » “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatı keçirdi
1-05-2022, 08:00 | XƏBƏR
“Erməni vandalizmi” adlı sənədli filmin təqdimatı keçirdi

Təqdimat mərasimi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Musiqi Məktəbinin Akt zalında baş tutdu. Tədbirdə müəllimlər, jurnalistlər, QHT rəhbərləri, tələbələr, şagirdlər iştirak edirdi. Sənədli filmin çəkiliş heyəti də tədbirin iştirakçıları arasında idi. 

Giriş sözü ilə tədbiri açan Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Bəşirov bildirdi ki, -“bu qəbildən olan tədbirlərin rayonumuzun ərazisində həyata  keçirilməsi təqdirə layiq haldır. Erməni vandalizminə məruz qalan ərazilərimizdə törədilən barbarlıq aktları işğalçı Ermənistanın müasir dünyaya öz əsl simasının real nümayişidir. Dünyanın bütün mədəni, sülhsevər xalqları terrorçu Ermənistan dövlətinin əməllərindən xəbərdar olmalıdır. Ümidvaram bu gün nümayişinə toplandığımız “ Erməni vandalizmi” adlı sənədli film bu istiqamətdə ümummilli maraqlarımıza xidmət edərək, işğalçı Ermənistanın bütün dünyaya tanıdılmasında, ifşasında mühüm vasitə olacaqdır”.

 Çıxış üçün söz alan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva vurğuladı ki, “28 il ərzində mənfur erməni işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Onun igid əsgərlərinə minnətdarlıq borcumuz vardır. Aylarla, illərlə həsrətini çəkdiyimiz Vətən həsrətinə məhz bu azman igidlərimizin sayəsində son verdik, doğma torpaqlarımıza qovuşduq. Təəssüflər olsun ki, bu gün bizimlə bərabər qələbə sevincini yaşaya bilməyən, vətənimizin azadlığı uğrunda canından, qanından keçən ərənlərimizə –Şəhidlərimizə bu günləri görmək nəsib olmadı. Xahiş edirəm, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, heç vaxt unutmayacağımız, həmişə bizimlə bərabər olan Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Bir dəqiqəlik sükut) Layihə rəhbəri nitqinə davam edərək bildirdi ki, -“ Erməni vandalizmi” adlı bu sənədli filmdə Azərbaycanın 28 il ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanan ərazilərimizdə aparılan vandallıq aktları lentə alınmışdır. Vaxtilə yurdumuzun abad, dilbər guşələrindən sayılan Qubadlıda, Laçında Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər ərazilərimizdə hazırda ürəg göynədən, qəlb dağlayan mənzərələr mövcuddur. Rayon mərkəzlərimiz, qəsəbələrimiz, kəndlərimiz yerlə-bir olub, daş-daş üstündə qalmayıb dağıdılıb. Dağlarımıza, dərələrimizə, çaylarımıza bir sözlə, flora və və faunamıza görünməmiş dərəcədə zərbə vurulub. Məscidlərimiz, qəbristanlıqlarımız, dini məbədlərimiz bilərək, qəsdli şəkildə məhv olunub.
İnsanlığa qarşı vəhşilik aktı törədilib. Ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri dəhşəti, vəhşəti, insanlığa sığmayan cinayət əməllərini bütün dünyaya bəyan etməliyik. Qəsbkar düşmən öz çirkin niyyətinə, bəd əməllərinə görə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir”. ADNA-nın dosenti, iqtisadçı alim Ağasəf İmran  qeyd etdi ki, “Ermənistan Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən vəhşicəsinə istifadə edib, qatı düşmən kimi, acgözcəsinə yararlanıb. Onun bu vəhşiliyinin dünyada analoqu yoxdur. Cinayət əməli işlədən bu ölkə Azərbaycana və azərbaycanlılara qarşı həm maddi, həm mənəvi cəhətdən külli miqdarda zərər vurub. Bu zərərin-ziyanı hesablana bilməyəcək dərəcədə çoxdur”. Tanınmış jurnalist, “Avropa-info” saytının baş redaktoru Rəsul Mirhəşimli söylədi ki, - “Ziyalı Ocağı” İctimai Birliyinin araya-ərsəyə gətirdiyi “Erməni vandalizmi” adlı bu sənədli film müasir cəmiyyətimiz üçün faydalı informasiya xarakterli əhəmiyyətli bir mənbədir. Azərbaycan və ingilis dillərində olan bu sənədli filmdə lentə alınan süjetlər Azərbaycan torpaqlarının başına gətirilən dağıntıların, vəhşiliklərin çox cüzi bir hissəsidir.

 Erməni vandallarının xalqımıza və dövlətimizə yaşatdığı bu faciənin dəhşəti hopmuş səhnələr nə qədər ağır olsa da, bizə düşmənimizin iç üzünü tanıtdı. Düşmənimizi tanımalı və gələcək nəsillərə olduğu kimi tanıtmalıyıq”.

 Təqdimatda çıxış edən  Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Aynur Zülfüqarova bu sənədli filmin əhəmiyyətindən bəhs etdi və söylədi ki, -“Mən özüm vaxtilə gözəlliyi, abadlığı ilə aləmə səs salan Ağdamda dünyaya gəlmişəm. Körpəliyim, gəncliyim orada keçib. İndi mənim dünyaya gəldiyim o cənnət guşədən əsər-əlamət yoxdur. Qan içən erməni quldurları nəinki azərbaycanlıların qanlarına susadılar, onları qəddarcasına qətl etdilər, hətta onlar Azərbaycan təbiətinə qarşı da qətliama əl atdılar. İşğal altında qalan ərazilərimizdə bütün yaşıllıqlar kəsilmiş, ətraf aləmə külli miqdarda ziyan vurulmuşdur. Onlar -ermənilər bu mənfur əməlləri ilə  özlərini dünyaya belə tanıtdılar. Bu gün onlar yalnız bir adla çağırıla bilərlər-mənfur, qəddar və terrorçu. İşğal olunmuş ərazilərimizdə dağıntılara, insanlarımıza qarşı apardıqları məzalimlərə görə bu mənfur tayfaya yalnız bu adlar verilə bilər”.

 Sonra “Erməni vandalizmi” adlı sənədli filmin nümayişi oldu. Film iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.




Baxış sayı: 547
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031