FACT-INFO.AZ » SİYASƏT » Aureliya Qriqoriu: Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağırıram
30-06-2016, 14:10 | SİYASƏT
Aureliya Qriqoriu: Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağırıram

Bu siyasətin gələcəyi yoxdur. O, ölkələri ümumi qarşıdurma girdabına sürükləyir. Belə təsəvvür yaranır ki, dünya miqyaslı siyasətçilər yalnız bugünkü günlə yaşayır, bu fəaliyyətin gələcək nəsillər üçün ziyanlı nəticələri barədə düşünmürlər.

Moldova İctimai Palatasının sədri, məşhur hüquqşünas Aureliya Qriqoriu bu fikirləri Malta Ordeni Kavalerlərinin bu günlərdə İtaliyanın Urbino şəhərində keçirilmiş Forumunda söyləyib.

Qriqoriunun sözlərinə görə, hazırda terrorizm sülh üçün əsas təhdidlər sırasında birinci yeri tutur. O deyib: “Terrorizmin mənbələri sosial qeyri-bərabərlik, ksenofobiya və irqçilikdir. Bu neqativ təzahürlərə qarşı hansı mübarizə metodları var? Bunun alternativi nədir? Yeganə çıxış yolu multikulturalizmdir. Burada qeyd etmək istərdim ki, Azərbaycan Respublikası multikulturalizmin inkişafı və möhkəmlənməsi nümunəsidir”.

Moldova İctimai Palatasının sədrinin sözlərinə görə, multikulturalizmi dövlət siyasəti dərəcəsinə ucaldan məhz Azərbaycan olub: “Azərbaycan rəhbərliyinin dövlət siyasəti fenomeni bundan ibarətdir. Bu siyasətin xüsusiyyəti ondadır ki, öz ərazisinin 20 faizinin işğal edilməsindən əziyyət çəkən, 1 milyondan artıq məcburi köçkün və qaçqın kimi real problemi olan bir ölkə öz dövlətində sülh, hörmət, xeyirxahlıq və humanizm ab-havasını təmin edir. Bu gün Avropanı bürümüş qaçqınlar problemi on milyon sakini olan Azərbaycanın təcrübəsi nəzərə alınmaqla həll edilə bilər. Bir milyondan çox qaçqını və köçkünü olan Azərbaycan 25 ildən artıq müddətdə bu problemin öhdəsindən təkbaşına, başqa dövlətlərin dəstəyi olmadan gəlir”.

Aureliya Qriqoriunun fikrincə, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında yeganə dövlətdir ki, orada əhalinin sabit artımı qeyd edilir, milli, etnik və ya irqi mənsubiyyətindən, ünsiyyət dilindən və dini etiqadından asılı olmayaraq ölkənin bütün sakinləri özlərini bu cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss edirlər.

Moldova İctimai Palatasının sədri, tanınmış hüquqşünas Aureliya Qriqoriu vurğulayıb: “Təsadüfi deyildir ki, Avstraliya, Kanada, Argentina və İsveç kimi ölkələrlə yanaşı Azərbaycan da dünyada ən tolerant ölkələrin ilk beşliyinə daxil edilib. Azərbaycan haqlı olaraq dini tolerantlıq nümunəsi hesab edilir. Tolerantlığın səviyyəsinə görə Azərbaycan nəinki Aşıya ölkələrini, həmçinin Avropa dövlətlərinin əksəriyyətini qabaqlayıb. Əhalisinin 95 faizi müsəlmanlar olan bu ölkə başqa konfessiyalara və millətlərə mənsub insanların dinc və rahat yaşamasını təmin etməyə nail olub, Avropa parlamenti və dünya səviyyəsində təriflənib, birinci Avropa oyunlarına, “Eurovision” mahnı müsabiqəsinə, beynəlxalq humanitar forumlara və dünya miqyaslı digər çoxsaylı tədbirlərə ev sahibliyi edib. Bu gün Azərbaycan tolerantlıq modeli həm islam dünyası, həm də Avropa üçün nümunə sayılır, bu model çoxsaylı beynəlxalq konfranslarda və forumlarda fəal müzakirə edilir. Bu il Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilib. Belə bir forumun bu ölkədə keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətinin dünya səviyyəsində tanınmasını təsdiq edir. Sentyabr ayında Bakıda keçiriləcək Qlobal Forumda müasir dünya problemləri müzakirə olunacaq, o cümlədən Azərbaycan multikulturalizm modeli təqdim ediləcək”.

Aureliya Qriqoriunun fikrincə, dünya birliyi məhz indiki vaxtda Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləyə, BMT-nin Dağlıq Qarabağa dair qəbul etdiyi dörd qətnamənin hamısının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsini və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edə bilər. Qriqoriu deyib: “Möhtərəm Orden Kavalerləri, sizi Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım aktını tanımağa çağırıram. Həmin şəhərdə bir gecədə - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni işğalı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilib. Bundan əlavə, 1275 azərbaycanlı girov götürülüb. Bu insanların məruz qaldığı işgəncələrin yeganə səbəbi o idi ki, onlar azərbaycanlıdırlar. Mütərəqqi bəşəriyyət Xocalıya münasibətdə ədaləti bərpa etməyə borcludur. Xocalıya ədalət!”.

Moldova İctimai Palatasının sədri, məşhur hüquqşünas Aureliya Qriqoriu çıxışını bu sözlərlə tamamlayıb: “Malta Ordeni Azərbaycanı dəstəkləyən qətnamə qəbul etməklə ərazi bütövlüyü, insan hüquqlarına riayət edilməsi, beynəlxalq hüquq prinsiplərinin dönmədən həyata keçirilməsi məsələsində fəal və dəqiq mövqeyini bir daha nümayiş etdirir”.

 

 

 

 

 

 




Baxış sayı: 1 845
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031