Materialda bildirilir ki, Ağdaban faciəsinin törədilməsindən 30 il keçir. Ağdaban faciəsi erməni silahlıları tərəfindən Kəlbəcərin işğalından bir il əvvəl 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib və bu soyqırım erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi ən qanlı faciələrdən biridir.
Qeyd olunur ki, həmin gün kəndin 130 evi yandırılıb, 67 sakin qəddarlıqla öldürülüb, 779 adam təhqir edilib. Erməni quldurları 90-100 yaş arasında olan səkkiz sakini, iki uşağı, yeddi qadını diri-diri yandırıb, 12 adam ağır yaralanıb, iki nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.
Vurğulanır ki, hücum zamanı vandalizm siyasəti davam etdirilib, memarlıq və mədəniyyət abidələri, qəbirlər dağıdılıb və məhv edilib. Azərbaycan klassik aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Qurban və Aşıq Şəmşirin əlyazmaları yandırılıb.
Materialda Kəlbəcər rayonunun Çayqovuşan və Başlıbel faciələri haqqında da məlumat verilir. Qeyd olunur ki, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də erməni işğalından azad edilib.
Baxış sayı: 628
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

