Bölgədə alovlanan son hərbi əməliyyatlardan iki ay keçib, hər iki tərəf itki verib. Düşünürəm ki, həm münaqişə tərəflərinə, həm də ATƏT-ə aydındır ki, belə vəziyyətdə status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma riskini artırır". Modern.azsaytı xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrəvanda, ermənistanlı həmkarı Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında bəyan edib.
Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır. O, tam danışıqların artıq bu il başlayacağına ümidvar olduğunu bildirib: "İki ay bundan əvvəl baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimi pozulmasın. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”.
Baxış sayı: 1 813
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

