FACT-INFO.AZ » SİYASƏT » Səməd Seyidov: Regionda sülhün bərqərar olmasının vaxtıdır
26-04-2022, 10:05 | SİYASƏT
Səməd Seyidov: Regionda sülhün bərqərar olmasının vaxtıdır

Mən sülhdən danışmağı planlaşdırmışam. Regionda yaranmış yeni reallıq sülh üçün münbit imkanlar açıb. Ancaq qəribədir, məndə koqnitiv dissonans yaranıb. Ermənistanın baş naziri Azərbaycanın sülhlə bağlı təkliflərinə müsbət razılıq verib. Ermənistan nümayəndə heyətinin üzvləri isə burada baş nazirlərinin mövqeyinin əleyhinə, regionda sülhün bərqərar olmasını istəyən ermənilərin milli maraqlarına zidd çıxış edirlər.

Azərbaycan regionda sülhə nail olmaq üçün əlindən gələn hər şeyi edib və edəcək. Azərbaycan ilə Ermənistan arasında barışıq və etimadın yaradılmasının vaxtı artıq çatıb.

Bu fikirləri AŞPA-nın yaz sessiyasının ilk günündə Büro hesabatının müzakirələrində Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov ondan əvvəl çıxış etmiş erməni deputata cavabında deyib: “Ermənistandan olan həmkarımız bu təşkilatı yenə əsas məqsəddən yayındırmağa, Türkiyəyə və Azərbaycana aid hər şeyi ləkələməyə cəhd edir. Ermənistan nümayəndəsi burada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ermənilərin hücumuna məruz qalmasından, Yerevanın mərkəzində faşist Njdeyə heykəl qoyulmasından, bu günə qədər bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıda bilməməsindən, Azərbaycanın azad etdiyi ərazilərini işğal illərində başdan-başa minalanmasından, o minalara görə azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına hələ də qayıda bilməməsindən, mülki insanların, eləcə də hərbçilərin o minalara görə həyatlarını itirməsindən niyə danışmır?”.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, biz hətta üzv dövlətlər arasında münaqişə üzrə komitənin üzvü olmağın əleyhinəyik. Azərbaycan ilə Ermənistan arasında barışıq üzrə xüsusi Komitə yaratmalıyıq. Müharibə haqqında danışmağa, revanşist ideyalara son qoymaq lazımdır. Avropa Şurasının dəyərlərinə riayət etmək lazımdır.

“Əgər uzun illər əvvəl beynəlxalq ictimaiyyət bir dövlətin digər dövlətin ərazilərini işğal etməsinə, ona qarşı etnik təmizləmə aparmasına düzgün reaksiya vermiş olsa idi, Gürcüstan, Krım, indi də Ukrayna ilə bağlı bu hadisələr baş verməzdi”, - deyə S. Seyidov bildirib.

Azərbaycanlı parlamentari regionda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirərək, Ermənistandan olan həmkarlarını sülhniyyətli olmağa, erməniləri azərbaycanlılar kimi sülh haqqında düşünməyə çağırıb.




Baxış sayı: 601
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031