FACT-INFO.AZ » SİYASƏT » Ermənistan Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir
19-04-2022, 09:20 | SİYASƏT
Ermənistan Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir


Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət, ümumilikdə 20 nəfər iştirak edib. Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdəli Fərhad oğlu Aşurov aşkarlayıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) şöbə müdiri Sənan Hüseynov bildirib ki, aprelin 8-də Ağdaban facisənin 30-cu ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan dinc sakinlərin yaxınlarının ailə üzvlərinin Ağdabana səfərini təşkil edilib. Aprelin 16-da isə Tunel qırğınında şəhid olan insanların yaxınlarının ailə üzbvlərinin həmin ərazilərə səfəri təşkil edildi.

"Orada səfər edənlər iki qrupa bölündü. Bir hissəsi Başlıbel faciəsinin ildönümü ilə əlaqədar həmin əraziyə, digər bir hissəsi isə Günəşli kəndinə getdi. Daha sonra qəbiristanlıq ziyarət edildi. Qayıdarkən tunel qırğınında həm atası, həm bacısı şəhid olan, bacısı uşağı isə əsr götürülən Mirzəyev Əfsər adlı şəxs və orada doğma yurdları olan bir qrup sakin öz evlərini ziyarət etmək istədikdə minaaxtaranlar yolun üzərində tank əleyhinə mina aşkarladı və faciənin qarşısı alındı. Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Ermənilər 30 illik işğal dövründə orada saysız-hesabsız vandalizm aktı törətməklə yanaşı, Kəlbəcəri tərk edən zaman insanlıq əleyhinə cinayət törədərək kəndi minalayıb çıxıblar. Ermənistanın bunu etməkdə niyyəti dinc əhalinin geri dönüşünə əngəl yaratmaqdır", - deyə o qeyd edib.

Şəhid yaxını Quliyev Rza da Trend-ə açıqlaması zamanı bildirib ki, Tunel faciəsində şəhid olanları yad etmək üçün həmin əraziyə səfər edilib.

"Səfərdən geri dönərkən Günəşli kəndində bizimlə birgə olan minaxtaranlar yolun üzərində tank əleyhinə mina aşkarladılar. Onların sayıqlığı nəticəsində faciənin qarşısı alındı və oradan çıxa bildik. Bu, erməni vəhşiliyinin bir nümunəsidir. Kəlbəcəri tərk etməzdən əvvəl yaşayış məntəqlərinə minaların basdırılması onların niyyətlərinin hər zaman pis olduğunun göstəricisidir", - deyə o əlavə edib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.




Baxış sayı: 551
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031