FACT-INFO.AZ » XƏBƏR » Ağdərədə nə baş verir? - "Ordumuz konkret tapşırığı icra edir"
18-04-2022, 07:50 | XƏBƏR
Ağdərədə nə baş verir? - "Ordumuz konkret tapşırığı icra edir"

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Azərbaycan ordusunun Tərtər rayonunun (keçmiş Ağdərə rayonu - red.) Yarımca kəndi istiqamətində olan mövqelərdə möhkəmlənməsinə dair xəbərlərə münasibət bildirib.

Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının nə yazmasından asılı olmayaraq, Azərbaycan ordusunun qarşısında konkret tapşırıqlar var və o tapşırıqlar icra olunmalıdır:

“Bizim mətbuat da başa düşməlidir ki, erməni mediası zaman-zaman dezinformasiyalar yayır. Fərruxla bağlı da belə bir cəhdi olmuşdu, guya Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilib, sülhməramlılar Azərbaycan ordusunu nəyəsə məcbur ediblər və s. və i.a. Azərbaycan ordusu kiminsə sözü ilə oturub-durmur. Azərbaycan ordusu verilən tapşırığın icrası ilə məşğuldur. Ermənilər, sözsüz ki, gərginlik yaradacaqlar və bu, onların marağındadır. Onlar bunu həm Azərbaycan ordusunu gözdən salmaq, həm də Rusiya sülhməramlılarına yarınmaq üçün edirlər”.

Ü. Cəfərov vurğulayıb ki, Azərbaycanın suverenliyi bütün ərazisində bərpa olunmalıdır:

"Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur. Məlum ərazilər də bizimdir və bununla bağlı heç kimə hesabat vermirik.

Rusiya sülhməramlılarının təxribatlarına gəlincə, bəzən özləri, bəzən də ermənilərin əli ilə həyata keçirirlər. Buna görə də, diqqətli və ehtiyatlı olmalıyıq. Düşmənə və onun havadarlarına fürsət verməyək ki, sonra əsgər və zabitlərimiz pis vəziyyətdə qalsın. Azərbaycan ordusu Fərruxdan sonra həm Ağdərədə, həm də erməni silahlı birləşmələrinin olduğu digər yerlərdə onların sıxışdırıb-çıxarılması istiqamətində lazımi tədbirləri görür.

Başqa bir vacib məqam budur ki, Rusiya sülhməramlıları erməni tör-töküntülərinin oradan uzaqlaşdırılması istiqamətində 17 ay ərzində heç bir addım atmayıb və bundan sonra da atmaq fikirləri yoxdur. Odur ki, Azərbaycan ordusu üzərinə düşəni edir. Son erməni silahlı birləşmələri ərazilərimizdən təmizlənənə qədər də bu proseslər davam edəcək”.




Baxış sayı: 667
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031