FACT-INFO.AZ » SİYASƏT » Siyası ekspert: Azərbaycan öz hədəflərinə doğru inamla addımlayır
14-04-2022, 10:05 | SİYASƏT
Siyası ekspert: Azərbaycan öz hədəflərinə doğru inamla addımlayır

Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bununla bağlı bütün məqamlara həm ətraflı, həm də faktlara istinad etməklə aydınlıq gətirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Siyasi ekspertin sözlərinə görə, bütövlükdə həm postmünaqişə dövründə, həm də bu ilin birinci rübündə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən tədbirlər, ölkəmizin qatıldığı beynəlxalq platformalarda, ikitərəfli və üçtərəfli görüşlərdə qəbul olunan yekun sənədlər, ayrı-ayrı təsisatların və dövlətlərin müxtəlif platformalarda ifadə olunan mövqeyi dünyanın regionda yaranmış reallıqlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı müstəvisindən yanaşdığını təsdiqləyir.

“Birləşmiş Millətlər Təşkilatının xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü münasibətilə Şuşada keçirilən tədbir sübuta yetirdi ki, bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü istisnasız olaraq tanıyır. Azərbaycan torpaqlarının işğalına son qoymaqla Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 28 il ərzində icra olunmayan qətnamələrini yerinə yetirdi və bununla BMT üzərindən olduqca ağır bir yükü götürmüş oldu. Ermənistanın Şuşada keçirilən beynəlxalq tədbirə münasibətdə sərgilədiyi isterik reaksiya da bu hadisənin nə qədər mühüm əhəmiyyətə malik olduğunu nümayiş etdirir”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Ötən dövr ərzində ölkəmizin digər beynəlxalq təsisatlardakı fəaliyyətinin də kifayət qədər uğurlu olduğunu qeyd edən siyasi ekspert bildirib ki, bu xüsusda dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatını və ölkəmizin bu təsisat çərçivəsindəki uğurlu fəaliyyətini qeyd etmək yerinə düşər. Təsisata üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması dövlətimizə və onun liderinə yüksək etimadın və rəğbətin göstəricisidir. Geridə qalan zaman kəsiyində Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki fəaliyyəti, eləcə də İƏT-lə ortaq işbirliyi kifayət qədər səmərəli və əhəmiyyətli olub.

Təşkilatın Xarici İşlər Nazirləri Şurasının bu ilin mart ayında keçirilən toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamənin qəbul edilməsi ölkəmizin İƏT çərçivəsindəki uğurlu fəaliyyətinin bariz nümunəsidir.

E.Mirzəbəylinin sözlərinə görə, daha bir beynəlxalq təşkilatın – ATƏT-in də 44 günlük müharibənin nəticələrini qəbul etdiyi bu təşkilatın fəaliyyətdə olan sədrinin Prezident İlham Əliyevlə görüşündə də ifadə olundu və sözügedən təsisatın bölgədəki prosesləri postmünaqişə anlayışı çərçivəsindən dəyərləndirdiyi göz qabağındadır. Baxmayaraq ki, ATƏT-in mandat verdiyi Minsk qrupu və onun həmsədrləri de-fakto fəaliyyətdə olduqları dövrdə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı təcavüzkara qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınması üçün heç bir əməli iş görməmişdilər. ATƏT-in Minsk qrupunun ötən müddətdəki fəaliyyətinin nəticələri, Azərbaycan Prezidentinin də vurğuladığı kimi sıfra bərabər olub. Hazırda isə, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto etibarsız sayılmalıdır. Çünki Minsk qrupu həmsədrlərinə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən verilmiş mandatda yer alan müddəaların artıq heç bir əhəmiyyəti qalmayıb. Yəni Azərbaycanın bölgədə yaratdığı reallıqlar ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyub. Amma ATƏT bir mötəbər təşkilat kimi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, regionda təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına öz töhfəsini verə bilər.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin intensivliyi, həmçinin Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı mövqeyi qlobal proseslərə ciddi təsir imkanları olan bu subregional təsisatın da regionda yaranmış reallıqlarla razılaşdığını təsdiqləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında və bu ilin aprel ayında keçirilən üçtərəfli görüşlərlə bağlı yekun bəyanatlarda “Dağlıq Qarabağ”, “münaqişə” və “Minsk qrupu” ifadələrinin yer almaması da belə düşünməyə tamamilə əsas verir.

Siyasi ekspertin sözlərinə görə, bütün bunlar postmünaqişə dövründə Azərbaycanın öz hədəflərinə doğru inamla addımladığını, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində ardıcıl və prinsipial bir siyasət yürütdüyünü nümayiş etdirir. Bu siyasətin nəticələri isə göz qabağındadır. Artıq Ermənistan beş baza prinsipini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini və bu xüsusda ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışında beynəlxalq birliyin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi də rəsmi İrəvanın etirafı kimi dəyərləndirilə bilər”, -deyə Elçin Mirzəbəyli bildirib.




Baxış sayı: 561
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031