Roma Papası Fransiskin İrəvanda birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi, bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi Yerevandır.
XİN-in sözçüsü deyib: “Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaqdır”.
Baxış sayı: 1 831
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

