FACT-INFO.AZ » XƏBƏR » Əlahiddə Ümumqoşun Orduda məşğələlər keçirilir
13-04-2022, 09:45 | XƏBƏR
Əlahiddə Ümumqoşun Orduda məşğələlər keçirilir

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin virtual təlim meydançasında qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

Daimi dislokasiya məntəqələrində və təlim mərkəzlərində pilotsuz uçuş aparatı və dron heyətləri, rabitə bölmələri və reaktiv artilleriya batareyaları uzlaşmış fəaliyyətləri yerinə yetirirlər.

Çətin dağlıq şəraitlərdə anti-terror əməliyyatlarının icrasını və dağlarda praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı bölmələr tərəfindən şərti düşmənin terror qruplaşmaları məhv edilir.

Mühəndis bölmələri səhra şəraitində müvafiq tapşırıqları icra edirlər.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzi və poliqonlarında döyüş atışlı məşğələlərə cəlb edilən tank, mexanikləşdirilmiş və motoatıcı bölmələrin hərbi qulluqçularının silah və texnika ilə davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır. Məşğələlərdə zirehli tank texnikalarının ekipajları 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübəni mənimsəməklə müxtəlif manevrlərlə maneələri dəf edir və atışlar həyata keçirirlər.

Motoatıcı bölmələrin şəxsi heyətinin atıcılıq məharətinin və praktiki vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən və əl qumbaralarından atış çalışmaları yerinə yetirilir.

Şəxsi heyətin müxtəlif silah nümunələrinin tətbiqi ilə yüksək səhra bacarığı nümayiş etdirdiyi məşğələlər davam edir.




Baxış sayı: 561
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031