FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanlı itkinlərlə bağlı məsələ Qlobal Alyansın iclasında müzakirə olunub
12-04-2022, 11:25 | SİYASƏT
Azərbaycanlı itkinlərlə bağlı məsələ Qlobal Alyansın iclasında müzakirə olunub

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda Alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan, Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə) nümayəndələri iştirak ediblər.

Tədbiri BQXK-nin vitse-prezidenti Jil Karbonye açaraq son beş ildə dünyada itkin düşmüş şəxslərin sayının 75 faiz artaraq 173 800-ə çatdığını qeyd edib, problemə qlobal səviyyədə diqqəti cəlb etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün Qlobal Alyansın yaradıldığını bildirib.

Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilib və tədbir iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi məzarlıqların aşkarlanması, ərazilərin minalarla kəskin çirkləndirilməsinin qalıqların tapılmasına maneə törətməsi, Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün göstərdiyi səylər və bu xüsusda BMT Baş Assambleyası tərəfindən qəbul edilən “İtkin düşmüş şəxslər” qətnaməsi barədə məlumatlandırılıblar.

Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə edilib.

Qeyd edək ki, 2021-ci il mayın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə tərəfinin təşəbbüsü ilə “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılıb və Azərbaycan bu ilin yanvar ayında BQXK-nin dəvəti ilə bu təşəbbüsə qoşulub. Azərbaycan Alyansa BQXK prezidenti Peter Maurerin Azərbaycanın münaqişə nəticəsində itkin düşmüş minlərlə insanın taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq öhdəliklərə sadiqliyi, bu məqsədlə 1990-cı illərdən başlayaraq itkin düşmüş şəxslər barəsində məlumatların toplanması və texniki dəstək sahəsində BQXK ilə əməkdaşlığı, eləcə də BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər”ə dair qətnaməsinin əsas müəllifi kimi qlobal səviyyədə oynadığı rolun vacibliyinə vurğu edən müraciəti əsasında qoşulub.




Baxış sayı: 542
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031