FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şuşa mədəniyyətinin inciləri”: musiqi məclisləri
12-04-2022, 09:55 | MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri”: musiqi məclisləri

Nazirlikdənbildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın musiqi məclislərinə həsr olunub.

Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Şuşada muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafına öz töhfəsini verib.

Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın tanınmış musiqi xadimlərinin yaratdığı məktəblər də mühüm rol oynayıb.

Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulunun məktəbinə səsi olan gənclər götürülüb, musiqi məclisləri təşkil olunub, Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilib.

XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş bir başqa musiqi məktəbi isə “Kor Xəlifənin məktəbi” (1883-1893) idi. Bu təhsil ocağı Molla Əli Molla Kəlbəli oğlu (təxəllüsü Kor Xəlifə) tərəfindən açılıb. Bu məktəbdə dini elmlərlə yanaşı, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onların ifaçılıq xüsusiyyətləri, musiqi nəzəriyyəsi və praktikası, tar, kamança və digər musiqi alətlərinin ifası tədris olunub. Bir sözlə, “Kor Xəlifənin məktəbi”ndə kamil musiqişünas və ədəbiyyatçılar yetişib bu da öz növbəsində klassik musiqinin daha geniş təbliğinə rəvac verib.

Xarrat Qulu dünyasını dəyişəndən (1883) sonra görkəmli musiqişünas alim Mir Möhsün Nəvvab Qarabaği muğam ustadı Hacı Hüsünün yaxından iştirakı ilə Şuşada yeni musiqi məclisi təşkil edib. “Xanəndələr məclisi” də adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub.

XIX əsrin sonlarında Şuşada “Molla İbrahimin məktəbi” də məşhur olub. Bu musiqi məktəbi daha çox dini xarakter daşıyıb. Yalnız məlahətli, gözəl səsli, poeziyaya xüsusi həvəsli istedadlı gənclərin seçilib götürüldüyü bu təhsil ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb dilləri öyrədilib. Məktəbdə Qarabağın bir sıra musiqi xadimləri, xanəndələri, eləcə də dahi vokalçı Bülbül, Mehralı oğlu Bahadır və digərləri təhsil alıblar. “Molla İbrahimin məktəbi” təxminən 1920-ci illərədək fəaliyyət göstərib.




Baxış sayı: 633
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031