FACT-INFO.AZ » SİYASƏT » Müharibə veteranları Roma papasına müraciət etdi
26-06-2016, 12:05 | SİYASƏT
Müharibə veteranları Roma papasına müraciət etdi


APA-nın xəbərinə görə, müraciətdə Ermənistanda baş verən və papanın müqəddəs missiyası ilə ziddiyyət təşkil edən hadisələrə diqqət çəkilib:
 “Zati müqəddəsləri!
 Azərbaycanın və Vatikanın dünyaya sivilizasiyalar və dinlərarası dialoq naminə əməkdaşlıq nümunəsi nümayiş etdirdikləri bir vaxtda bizim qonşumuz Ermənistanda dövlət səviyyəsində faşist ideyalarının təbliğatı aparılır. Hələ ötən il – faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi ərəfəsində biz, İkinci Dünya müharibəsinin veteranları, Ermənistanda Hitler nasizmi ilə əlbir olan şəxslərin qəhrəmanlaşdırılması ilə bağlı həyəcan təbili çalmışdıq. Hitler və Himlerin yaxın ətrafına daxil olan Drastamat Kanayan (general Dro) və Qaregin Ter-Arutunyanın (general Njde) təmizə çıxarılması üçün Ermənistanın bütün imkanlardan istifadə etdiyini ürək ağrısı ilə Sizin diqqətinizə çatdırmaq istəyirik. Qısaca xatırladaq ki, Ukrayna və Polşada on minlərlə insanın qətli, yəhudilərə və nasist ideologiyasının düşmən gördüyü digər xalqlara qarşı cinayətlər, əsir düşərgələrində kütləvi qətllər bu “milli qəhrəman”ların vicdanına yazılmalıdır. Yerevanın mərkəzində faşizm canisinin xatirəsinin əbədiləşdirilməsi mərasimində şəxsən Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Halbuki o, bir il əvvəl faşizmdən zərər çəkən ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradında iştirak etmiş və bu ilin mayında Ermənistanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini “yad etmişdi”.
 Zati müqəddəsləri!
Bu gün dünya faşizmin istənilən təzahürlərini qınayır. 2015-ci il dekabrın 17-də BMT Baş Məclisi “Nasizmin qəhrəmanlaşdırılması və neonasizmin, irqçiliyin, ksenofobiyanın, dözümsüzlüyün müasir formaları ilə mübarizə” adlı 70/139 saylı qətnamə qəbul edib. Bu qətnaməyə səs vermiş Ermənistanda isə faşizmin sıralarına qoşulmuş insanların şəxsiyyəti ətrafında kult yaradılır, nasist caniləri Dro və Njde haqqında filmlər çəkilir, onların şərəfinə pul buraxılır, adlarına küçə, meydan, metro stansiyası verilir, abidələri ucaldılır. Beynəlxalq ictimaiyyət tərəfindən buna hər hansı reaksiya verilməməsi bizi təəccübləndirir. Bu, faşizmin qurbanlarının xatirəsini ələ salmaq deyilmi? Faşizmlə müharibənin bütün acılarını yaşamış, döyüş yoldaşlarını itirmiş bizlər nasist canilərin qəhrəmanlaşdırılmasını ürək ağrısı ilə izləyirik. Ermənistanın bütün dünyaya meydan oxuyan bu addımları bizi hiddətləndirir. Əminik ki, Siz Ermənistanın simasında faşist ideologiyası kimi ümumi düşmənin yenidən dəb salınması cəhdlərinə qarşı səylərinizi əsirgəməyəcəksiniz. Çox ümid edirik ki, bizim səsimiz zati müqəddəsləriniz tərəfindən eşidiləcək. Xahiş edirik ki, Ermənistan rəhbərliyinə təsir göstərərək nasist canilərin reabilitasiyası və xatirələrinin əbədiləşdirilməsi cəhdlərinin qarşısını alasınız və xüsusən faşist ordusunun generalı Qaregin Njdenin abidəsinin demontajına nail olasınız”.         
Müraciəti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Dadaş Rzayev, İkinci Dünya müharibəsinin iştirakçıları – Tofiq Ağahüseynov, Ağadadaş Səmədov, Mariya Rzayeva, Aleksandr Qritçenko, İsmayıl Fərəcov, Qara Sarıyev, Sofiya Cəfərova, İsmayıl İbrahimov, Lev Moxin, Vasili Şevtsov, Atabala Hacıyev və digərləri imzalayıb. 




Baxış sayı: 1 835
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031