FACT-INFO.AZ » SİYASƏT » Strateji nailiyyətlərin memarı
11-04-2022, 09:00 | SİYASƏT
Strateji nailiyyətlərin memarı

Uçurumun bir addımlığında xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan dövləti xəritədən silinmək təhlükəsindən qurtuldu. Bu gün bu yol Azərbaycana dünya miqyasında özünə inamlı yer tutmasına şərait yaradıb. Prezident İlham Əliyevin dövrün çağırışına cavab verən siyasət yürütməsi, ən əsası siyasi gedişlərin doğru zamanda həyata keçirməsi xalqımızın istər yerli və regional, istərsə də dünyəvi problemlərdən minimum itki ilə çıxmasına şərait yaradıb. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi inkişafın, ilklərin yaşanması, sevinc, qürur, sosial təminat, iqtisadi artımın səciyyələnməsi ilə nəticələnir və bu proses davam edir.

Bu fikirlər Milli Məclisin deputatı İltizam Yusifovun dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin dörd illiyinə həsr olunmuş “Strateji nailiyyətlərin memarı” sərlövhəli məqaləsində qeyd olunub. Fact-info.az məqaləni təqdim edir.

Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, dünya güclərinin bu diyarla bağlı daim planları vardır. Bədnam qonşularımız isə bu planın mərkəzində yer alır. Tarix boyu məkrli, pozucu siyasətlərin qurbanı olan Ermənistan region üçün ciddi problemə çevrilib. Zaman elə gətirib ki, uzun illərin Ermənistan probleminin həlli, dünyanın gözünə öz yalanları ilə kül üfürən mənfur qonşumuzun cilovlanması Prezident İlham Əliyev tərəfindən məharətlə həyata keçirilir. İstər siyasi arenada, istərsə də cəbhədə qətiyyət öz sözünü deyir. Yaşadığımız tarix müstəqil Azərbaycanın qələbələrlə ən zəngin dövrüdür. Gələcək nəsil bu dövr haqqında oxuyarkən, bu dövrü araşdırarkən İlham Əliyevin siyasi liderlik bacarığına dolğun qiymət verəcək.

Siyasi lider xalqın birliyinə nail olanda inkişaf qaçılmaz olur. Prezident İlham Əliyevin siyasi xəttində də xalq birliyi, inkişaf xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi zamanı, eləcə də postmüharibə dövründə dövlətimizin başçısının imzaladığı sərəncam və fərmanlar, həyata keçirdiyi kadr islahatı birliyimizin daha da möhkəmlənməsinə zəmin yaradır.

Respublikamızın inkişafı, regionda söz sahibinə çevrilməsi və həyata keçirilən siyasət nəticəsində Azərbaycan neft və qaz hasil edən ölkə kimi deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən tranzit və təhlükəsizlik simvoluna çevrilib. Araşdırmalar da onu deməyə əsas verir ki, ildən-ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaları artmaqdadır. Beynəlxalq yüklərin daşınmasının çoxalması ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Hətta “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla reallaşdırılır. Bu gün dövlətimiz həyata keçirdiyi layihələrin sayəsində digər nəqliyyat dəhlizləri ilə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verib, daha əlverişli şərtlərlə yüklərin qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, həmçinin tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradıb.

“Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu gününü deyil, gələcəyini düşünür. Onun düşünülmüş məntiqli siyasəti sayəsində gələcəkdə bizi xoş və firavan həyat, iqtisadi təminat və inkişaf gözləyir və artıq əminliklə demək olar ki, Azərbaycan dünyaya günəş kimi doğur.




Baxış sayı: 550
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031