APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü, “Ukrayna Naminə Birlik” qeyri-rəsmi assosiasiyasının sədri Andrius Kubilius Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 11 ölkədən 35 parlament üzvü Ukraynaya dəstəyini bəyan etmək üçün Kiyevə gəlib.
"Ukraynaya kömək etmək istəyi hamımızı birləşdirir. Biz sizə təşəkkür etmək istəyirik, çünki bu, Ukraynanın müharibəsi deyil, əslində bu bizim müharibəmizdir və ukraynalılar hazırda bütün dünyanın azadlığı uğrunda mübarizə aparırlar”, - Kubilius bildirib.
Ali Radanın spikeri Ruslan Stefançuk deyib ki, Avropa Parlamentinin deputatları Ukraynaya səfəri zamanı Rusiya qüvvələrindən azad edilmiş Kiyevətrafı qəsəbələrə baş çəkəcəklər.
Baxış sayı: 568
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

