FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan muğamşünaslıq elminə dəyərli töhfə
5-04-2022, 08:50 | MƏDƏNİYYƏT
Azərbaycan muğamşünaslıq elminə dəyərli töhfə

Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” adlı 200 səhifəlik kitab bu yaxınlarda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunub. Kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub. Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar daha bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Lakin Azərbaycan klassik muğamlarının çoxlu sayda şöbələrinin hər birinin yalnız ona məxsus olan emosional təsir imkanları vardır ki, bu günə qədər heç kim onları tədqiq etməyib.

Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.

Layihə rəhbəri Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti Siyavuş Kərimi olan bu kitab muğamşünaslıq elminə dəyərli bir töhfədir.




Baxış sayı: 710
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30