YARAT Müasir İncəsənət Məkanının yerli rəssam və fotoqrafların əsərlərindən ibarət sərginin 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycan Ordusunun qələbə ilə başa çatan Zəfərinə həsr olunub.
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin özünəməxsus ifasında sevilən “Vətən yaxşıdır” mahnısından götürülən sərginin adı, həmçinin Rəşad Ələkbərovun nümayiş olunan instalyasiyasının tərkib hissəsidir. Ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərov, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qaffarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Hüseynov və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiyasının fotoqrafiya, video və rəqəmsal sənət əsərləri bir-biri ilə dialoqa girərək artıq həll olunan Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqrafları Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
İllərdir davam edən və Zəfərlə bitən Qarabağ münaqişəsinin təsir və nəticələr aspektlərini açıqlayan “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısının sədaları altında daha təsirli və yadda qalan olur.
Sərgi aprel ayının 22-nə kimi davam edəcək.
Baxış sayı: 672
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

