FACT-INFO.AZ » SİYASƏT » Xocalı soyqırımında azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat edib
3-04-2022, 19:00 | SİYASƏT
Xocalı soyqırımında azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat edib

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım edib.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot . Leonid Kravetsin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacayıq. Minlərlə insanın həyatını xilas edən QƏHRƏMAN, ruhun şad olsun!”,- deyə Hikmət Cavadov qeyd edib.

Qeyd edək ki, Leonid Kravets soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ilk pilot olub.

Xocalı qətliamının ilk şahidi Kraveç Leonid Markoviç UABD sədri Hikmət Cavadovun təşəbbüsü ilə Bakıda Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Cəhənnəmi görmüş pilot” filminin təqdimatında iştirak edib. Film Moskvada və Kiyevdə böyük auditoriya qarşısında nümayiş etdirilib.

O, filmdə hadisələri gördüyü kimi nəql edib.

Film UABD tərəfindən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

2016-cı ildə Prezident İlham Əliyev Markoviçin xidmətlərini yüksək qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif edib.

Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və 1992-ci ildə Xocalıya Gəncədən uçub.




Baxış sayı: 657
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031