Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı işğaldan azad edilən Qarabağda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə bağlı xüsusi reportaj yayıb.
Reportajda təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin otuz il işğalda saxlanılması, zəbt edilən ərazilərdə həyata keçirilən vandalizmdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əzəmətli Zəfər qazanaraq ərazilərini düşməndən qurtarıb, ərazi bütövlüyünü bərpa edib.
Reportajda, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri ilə bağlı mühüm məqamlara toxunulub. Tamaşaçılara məlumat verilib ki, Qarabağda böyük bir qətiyyətlə yeni və müasir infrastruktur qurulur.
“Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi. Düşmənin yerlə- yeksan etdiyi Ağdam “ağıllı şəhər” kimi yenidən qurulur. Yeni hava limanları və avtomagistrallar Azərbaycanın imkanlarını daha da genişləndirəcək”, - deyə reportajda qeyd olunub.
Baxış sayı: 574
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

