FACT-INFO.AZ » SİYASƏT » Terrorla mübarizədə Türkiyəyə dəstək verilməlidir
23-06-2016, 10:20 | SİYASƏT
Terrorla mübarizədə Türkiyəyə dəstək verilməlidir

 O deyib: “Tez-tez Türkiyədə olan, burada təqdim edilən hesabatda adı çəkilən bölgələri birbaşa görən biri kimi bildirmək istəyirəm ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə kifayət qədər dəstək vermir. Hətta bəzi Avropa ölkələrində Türkiyə əleyhinə çalışan, Türkiyədə terror aktları törədən, terror təşkilatına açıq və ya gizli dəstək verən qrupları və onların əməllərini böyük üzüntü ilə izləyirik. Terror hər şeydən öncə insanlıq əleyhinə cinayətdir. İndi müzakirə etdiyimiz məruzədə də Türkiyədə fəaliyyət göstərən və son 40 ildə 30 mindən artıq insanın həyatını itirməsinə səbəb olmuş bir terror təşkilatına da açıq şəkildə “terror təşkilatı” deyilməsi vacibdir. Bu mövzuda ikili standartlara yol verilməməlidir”.
Qənirə Paşayeva qeyd edib ki, AŞPA-ya üzv ölkələr yarım əsrə yaxındır terrorla mübarizə aparan Türkiyəyə bu haqlı mübarizəsində daha çox dəstək verməlidir. Məruzədə qeyd olunduğu kimi, Türkiyədə sadəcə son bir neçə ay ərzində terrorla mübarizədə 458 təhlükəsizlik əməkdaşı həyatını itirib, 3321 nəfər yaralanıb. O, Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailələri ilə görüşdüyünü bildirib. Bu görüşlər əsnasında terror qurbanlarının yaxınlarının AŞPA da daxil olmaqla, bir çox Avropa qurumlarına qarşı inamlarının itməsinin şahidi olduğunu vurğulayıb. O insanlar Avropanın Türkiyəyə qarşı ikili standartlar tətbiq etdiyini düşünürlər. Bu gün AŞPA-nın buradan “Terrora qarşı hər zaman Türkiyənin yanındayıq” mesajını verməsi zəruridir. Hazırlanan hesabatda PKK terror təşkilatına silahı buraxmaq çağırışı var. Biz bu çağırışı alqışlayırıq. Amma bununla kifayətlənmək olmaz. Terror təşkilatına təzyiq göstərilməlidir. Bu təşkilatlar silahları haradan alırlar? Türkiyənin terrorla mübarizədə keçirdiyi əməliyyatlarda terror təşkilatından ələ keçirilən silahlar əslində bizə çox şey söyləyir. Biz terror təşkilatına silah, maliyyə və siyasi dəstək verənlərə də çağırış etməliyik ki, terrorizmi dəstəkləməkdən əl çəkmək lazımdır. Terrora dəstək verən insanlara, qruplara heç bir şəkildə haqq verilə bilməz. Terrora açıq və ya gizli dəstək verənlərin ədalət qarşısında hesab verməsi üçün birlikdə çalışmalıyıq. Bu məsələdə ikili standartlara yer olmamalıdır. Əks təqdirdə dünyadakı terror hadisələri daha da artacaq, insanlığı və mədəniyyətimizi təhdid edən hala gələcək. Hesabatda adı çəkilən bölgələrdən biri olan Diyarbəkirdə 2016-cı il mayın 28-də 558 milyon türk lirəsinə başa gələn 116 layihənin birlikdə açılışının keçirilməsi, eynı zamanda, qeyd edilən digər bölgələrə qoyulan sərmayələr, Türkiyə dövlətinin heç bir etnik ayrı-seçkiliyə yol vermədən bütün vətəndaşlarına bərabər şəkildə sahib çıxdığının göstəricisidir. Türkiyədə olan hər kəs bilir ki, türk xalqı ilə kürd xalqı arasında heç bir problem yoxdur. Onlar yüz illərlə bərabər yaşayıblar. Hər kəs çox gözəl bilir ki, Türkiyə dövlətinin də kürd xalqı ilə heç bir problemi yoxdur. Bu problemi yaratmaq istəyən terror təşkilatları və bəzi xarici qüvvələr var. Bunu çox dəqiq görməli və Türkiyənin terrorla mübarizəsinə daha böyük dəstək verməliyik. (AZƏRTAC)

 

 




Baxış sayı: 1 576
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031