Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan və Avropa İttifaqı münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması və sülh və sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı ətraflı məlumat verib. Nazir, bölgənin gələcək sülh şəraitində inkişafına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Baxış sayı: 550
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

