FACT-INFO.AZ » XƏBƏR » Ukrayna ordusu bu qədər rus generallarını necə öldürə bilib?
28-03-2022, 09:25 | XƏBƏR
Ukrayna ordusu bu qədər rus generallarını necə öldürə bilib?

Bununla bağlı beynəlxalq medianı, ekspert rəylərini nəzərdən keçirəndə görmək olar ki, bu qədər rus generalının cəmi bir ayda öldürülməsinin ciddi əsasları varmış.

Bununla bağlı irəli sürülən rəyləri təhlil etdikdə belə anlamaq olur ki, Rusiya Ukraynaya hücum edərkən işğalın ildırım sürətli olacağını planlayıbmış.

Rus kəşfiyyatı və əks kəşfiyyat, hərbi kəşfiyyat Rusiya rəhbərliyini bununla bağlı arxayın edib.

Məhz bu səbəbdən də Rusiya ordusu Ukraynada ciddi müqavimətlə üzləşdikdə kommunikasiyada, komanda məntəqələrinin yaradılması və fəaliyyətinin təşkilində problemlərlə üzləşib. Rus ordusunda olan rabitə resursları isə özünü doğrultmayıb. Rusların şifrəli hərbi rabitə sistemi normal çalışmayıb.

Ümumiyyətlə, Rusiya ordusunda hərbi radiostansiyaların, xüsusi rabitənin hazırlanmasında on illər öncədən də ciddi problemlərin olması məlum idi. 2008-ci ildə Gürcüstana hücum zamanı da Rusiya ordusunun bu tip problemi olduğu haqda məlumatlar verilib. Korrupsiya səbəblərindən Rusiya ordusunda bu problemin zamanında həll edilmədiyi bildirilir. Problemin həlli Medvedevə yaxın şirkətə tapşırılıbmış. Həmçinin Rusiya ordusu tərkibində vuruşan rusiyalı çağırışçılar, çeçenlər və Luqansk , Dontesk qruplaşmaları arasında, ümumi rəhbərlik sahəsində kommunikasiyada ciddi problemlər üzə çıxıb.

Xatırlayıram ki, Ukrayna hökuməti müharibə başlanandan bir neçə gün sonra mobil operatorlarda Rusiyaya məxsus mobil telefonlardan zənglərin giriş-çıxışına qadağa qoymuşdu.

Bunun səbəbi o idi ki, rus hərbçiləri özlərinin şifrəli hərbi rabitəsindən istifadə edə bilmədikdə adi mobil rabitəyə üstünlük verirdilər. Hətta onların danışıqları sosial mediaya da sızmışdı. Adı çəkilən qadağadan sonra isə rus hərbçiləri yerli mobil nömrələr əldə etməklə, mülki vətəndaşlardan ələ keçirdikləri adi telefonlarla kommunikasiya qurmağa üstünlük verirdilər.

Ukrayna hərbi rəhbərliyi isə müharibə qaydalarına uyğun olaraq ümumi şəbəkədə olan danışıqları izləyirdilər. Onlar nəinki danışığın mahiyyətini , həmçinin kordinatları müəyyən edə bilirdilər.

Öldürülən generalların və yüksək rütbəlilərin çox olması ilə bağlı güman etmək olar ki, NATO resurslarından da istifadə edən Ukrayna ordusu Rusiyanın yüksək rütbəli zabitlərinin məhv edilməsi üçün xüsusi plan və xüsusi qrup hazırlayıb. Bu qrup öncədən texnologiyaların köməyi ilə generalların kordinatlarını müəyyən edirlər. Sonra isə bu kordinatlar raket zərbəsi endirəcək qruplara, dronların idarəetmə məntəqəsinə, hətta ola bilsin peşəkar snayperlərə ötürülür. Bununla da yüksək rütbəli hərbçilərin zərərsizləşdirilməsi təmin edilir.

Xatırladıram ki, əfsanəvi çeçen lideri Cövhər Dudayev və şübhələnmək üçün əsaslar var ki, bizim Milli Qəhrəmanımız, general Polad Həşimov da təxminən bu üsullarla öldürülüb.

Maraqlıdır ki, nə Ukrayna tərəfi, nə də işğalçı tərəf rus generallarının hansı şəraitdə öldürülməsini açıqlamaqda indiyədək maraqlı olmayıblar.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti




Baxış sayı: 541
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031