FACT-INFO.AZ » SİYASƏT » Təhlükəsizlik orqanlarının yaranmasından 103 il ötür
28-03-2022, 09:10 | SİYASƏT
Təhlükəsizlik orqanlarının yaranmasından 103 il ötür

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 25 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Müharibənin başa çatmasından sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyəti uğurla davam etdiriblər. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin davamı olaraq, DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş etdi.

Azərbaycanın təhlükəsizlik orqanlarının əbədiyaşar lideri, xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.




Baxış sayı: 753
Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər Dünən, 21:00 İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib Dünən, 21:00 Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub Dünən, 19:30 Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri Dünən, 19:30 FM Jeyhun Bayramov: De facto peace exists between Azerbaijan and Armenia Dünən, 17:30 Культурологическая стратегия, рожденная на Шушинском медиафоруме – профессор Фуад Мамедов Dünən, 15:30 DİN: Süni intellekt proqramlarından istifadə etməklə qadınları şantaj edən şəxslər saxlanılıb Dünən, 10:00 “Azərbaycanın hərb tarixi. IV hissə (1991-2025-ci illər: Xronoloji xülasə)” kitabı çapdan çıxıb Dünən, 09:30 Yeni Şəhər Gündəliyinin prinsipləri Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli şəkildə tətbiq olunur Dünən, 09:30 “Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib Dünən, 07:30 Tovuz döyüşlərinin qəhrəmanlarına həsr olunan tədbir keçirilib 16-07-2026, 20:30 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: İlin birinci yarısında 5655 vətəndaşın müraciəti araşdırılıb 16-07-2026, 20:00 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitab təqdim edilib 16-07-2026, 19:30 Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib 16-07-2026, 18:30 President Ilham Aliyev thanked U.S. President Donald Trump 16-07-2026, 17:00 Peskov: Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır 16-07-2026, 13:00 Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb 16-07-2026, 12:30 "Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir" -Prezident İlham Əliyev 16-07-2026, 12:30 "Layihə çərçivəsində ilk televiziya verilişi uğurla çəkilib" - Əkrəm Bəydəmirli 16-07-2026, 11:27 Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb 16-07-2026, 10:30 “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir 15-07-2026, 19:00 QHT “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib 15-07-2026, 18:30 ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyadakı layihələri maliyyələşdirmək üçün fond yaradıb 15-07-2026, 18:00 XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib 15-07-2026, 17:00 Azerbaijan’s Foreign Ministry issues travel warning on high-risk areas 15-07-2026, 16:30 Qardaş ölkədə Demokratiya və Milli Birlik Günü 15-07-2026, 11:30 Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır 15-07-2026, 10:30 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb 15-07-2026, 09:30 Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər 15-07-2026, 09:00 Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir 15-07-2026, 08:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031