Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunacaq.
İnstitutdan bildirilib ki, konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək elmtarixi@gmail.com ünvanına göndərilməlidir. Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanın tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, görkəmli şəxsiyyətlərinin, milli-mənəvi və sosial-mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.
Baxış sayı: 617
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

