“Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Novruz tonqalının alovlandırdı” və sərlövhəsi ilə təqdim olunan məlumatda dövlətimizin başçısınının Azərbaycan xalqına bayram təbrikindən sitatlar verilib.
Prezident İlham Əliyevin çıxışındakı “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” ifadəsi manşet materialı kimi təqdim olunub. Məlumatlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ikinci ildir ki, Novruz tonqalını Qarabağda alovlandırır.
Anadolu və İHA agentlikləri başda olmaqla ölkənin aparıcı media qurumları, o cümlədən “Sabah”, “Yeni akıt” və “Karar” qəzetləri xəbəri orijinal fotolarla təqdim edib. “TRT Haber” telekanalı martın 21-dəki səhər buraxılışında Türkiyə qəzetlərinin xülasəsini təqdim edərkən Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini əks etdirən manşet yazıları ekran boyu nümayiş etdirib.
Baxış sayı: 959
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

