FACT-INFO.AZ » XƏBƏR » QHT “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” adlı layihəni həyata keçirir
20-03-2022, 10:05 | XƏBƏR
QHT “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” adlı layihəni həyata keçirir

Layihənin icra planına əsasən səhid ailələrinin, müharibə əlillərinin və veteranlarının birgə iştirakı ilə 18 mart 2022-cİ il tarixində, saat 15-00 da, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” mövzusunda marifləndirmə iclas keçirərək, adları qeyd olunan vətəndaşların tibbi-reabilitasiyası və sosial problemlə¬rinin həllinə dəstək istiqamətində müzakirə aparıldı.

Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov iclasa başlamazdan əvvəl iclas iştirakçılarından Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Əfqanstanda və digər xarici ölkələrdə sülhməramlı missiyaları yerinə yetirərkən hərbi xidməti dövründə həlak olmuş döyüşçülərin xatirəsini birdəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra Sərraf Orucov çıxış edərək qeyd etdi ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, vətənpvərlik hisslərini sarsıtmamalıdırlar!

Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər. Layihənin rəhbəri Ənvər Qarayev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdiki, həyata keçiriləcək layihənin əsas məqsədi, 27 sentyabr–8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuşların ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqları Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyati olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməktaşlıq edərək, Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlə¬rinin həllinə hüquqi yardım göstəririk.

Layihə çərçivəsində həmçinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik edirik.

Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Hüquq şöbəsinin müdiri və “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsinin hüquqşünası Fəqan Nəsibzadə layihə şərçivəsində görülmüş işlər haqqında məlumat verərək bildirdiki, laiyənin başlandığı 1 ay 15 gün ərzində, 42 nəfər Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlə¬rinin həllinə hüquqi yardım göstərilmişdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Katibliyinin məsləhətçisi Həsən Səmədov şıxış edərək Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivinə, günümüzün təlbinə uyğun belə bir mühüm və əhəmiyyətli “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!”layihəsinin uğurla işra olunmasında uğurlar arzu elədi.

Həsən Səmədov çıxışının sonunda xususi ilə vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!

Daha sonra tədbirə dəvət olunmuş Vətən müharibəsinində fədakarcasına döyüşmüş müharibə vetranlarından Azərbaycan Respublikasi Əmək və Silahlı Üüvvələrin Veteranlar Təşkilatın məsül işçisi Rasim Mirzəyev, Azərbaycan Hərb Tarix Muzeyinin direktoru Polkovnik Əzzağa Qənizadə, ehtiyatda olan polkovniklər Elşad Şabanov, İbrahım Rüstəmli, Vasif Orucov, Elşən Məhərəmov, “Dünya Türk Ocaqları” birliyinin sədri Aygün İbrahimlı, vətənpərvərlik mövzularında yazar şairə, publisitlər xanımlar “Dünya Jurnalistlər” Birliyinin təsisçisi Almaz, Azərbaycan Yazıçılar birliyinin üzvü Pərvanə Salman qızı, Gənclərin Təşəbbüs Qrupunun rəhbəri Pərviz Usubov və iclasa dəvət olunmuş səhid ailələri, müharibə əlilləri,veteranlar və başqa tədbir iştirakçıları çıxış edərək, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsində qaldırılmış Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası, sosial və müharibə veteranlarının 60 faizindən çoxusunun işsizllik problemlə¬ri ilə əlaqədar fikir və təkliflərini bildiərdirdilər və layihə sayəsində görülən işləri müsbət qiymətləndirərək layihənin əməkdaşlarına uğurlar arzu etdilər.

Tədbir iştikçılarının təklifləri nəzərə alınaraq layihənin sonunda, aidiyyati olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, QHT-nın rəhbərlərinin, şəhid aillərinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə birgə Dəyirmi-Masa keçirərək, Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin və müharibə əlillərinin tibbi-reabilitasiya məsələlərində yaranmış problemlərin həlli müzakirə edilərək təkliflər paketi hazırlayıb Azərbaycan respublikasının Prezidentinə, Milli Məclisə və başqa adiyyəti olan dövlət qurumlarına göndəriləcəyi qərara alındı. Tədbirin sonunda tədbir iştirakşılarının xatirə şəkilləri çəkildi.




Baxış sayı: 863
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031