bu barədə R.T.Ərdoğan Ankarada Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.
"Türkiyə atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək. Xarici işlər nazirimiz bu gün Moskvada danışıqlar aparır. Sabah o, Ukraynaya gedəcək", - deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Polşa Prezidenti ilə danışıqlar zamanı tərəflər "iki NATO müttəfiqi kimi" Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Polşa iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaratmaq niyyətindədirlər.
"Coğrafi və siyasi baxımdan çox əhəmiyyətli bir dövlət olan Türkiyə bu bölgədə sülhün təmin olunmasında son dərəcə mühüm rol oynayır", - deyə A.Duda bildirib.
O qeyd edib ki, Polşa Türkiyə ilə ötən ildən başlayan müdafiə sahəsində uğurlu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Baxış sayı: 613
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

