FACT-INFO.AZ » SİYASƏT » Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın törətdiyi ekoloji terrorla bağlı məlumatlandırıb
17-03-2022, 17:20 | SİYASƏT
Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın törətdiyi ekoloji terrorla bağlı məlumatlandırıb

Görüşdə işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının ekspert qrupunun üzvləri iştirak ediblər.

Görüş zamanı tərəflər, Azərbaycanla BMT arasında əməkdaşlıq, həmçinin UNEP ilə Azərbaycan arasında gündəlikdə duran digər praktiki məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə, habelə azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, o cümlədən ətraf mühit sahəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanları və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məsələlər müzakirə mövzusu olub.

Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

Görüş zamanı qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, qarşıda duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə qarşı tərəfə məlumat verib.

Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə yaxın davam etmiş işğal nəticəsində 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, azad edilmiş ərazilərdə meşə ehtiyatlarının, flora və faunanın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının, torpaqların vəziyyətinin işğala qədərki dövrlə müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya, “Ağıllı kənd” layihəsi, “Yaşıl enerji zonası konsepsiyası”, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərin monitorinqi və görüləcək bərpa işləri beynəlxalq ekspertin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini vurğulayıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.

Öz növbəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi səmimi qəbula görə təşəkkürünü bildirib. O, ölkəmizin BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd edib və işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində qiymətləndirmə missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji zərərin əyani şəkildə göstərildiyini ifadə edib.

Bruno Pozzi, ekspert qrupunun ölkəmizə səfərinin məqsədinin işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan Hökumətinin azad olunmuş ərazilərdə ekosistemlərin bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə bağlı birbaşa mənbələrdən məlumatların toplanması olduğunu bildirib və bu xüsusda, konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.




Baxış sayı: 529
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031