FACT-INFO.AZ » XƏBƏR » Fatma Yıldırım: Yeni kommunikasiya bağlantıları Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır
15-03-2022, 09:00 | XƏBƏR
Fatma Yıldırım: Yeni kommunikasiya bağlantıları Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır

Belə töhfələrdən biri də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanmasıdır. Beləliklə, Azərbaycan bölgədə liderliyini davam etdirərək növbəti uğura imza atdı.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.

Deputat bildirib ki, memorandumun imzalanması postmüharibə dövrünün reallıqları fonunda Azərbaycan dövlətinin milli və perspektiv maraqlarına cavab verən önəmli addımdır. Əslində, bu sənədin imzalanmasını tarixi hadisə kimi də dəyərləndirmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanla İran arasında imzalanmış sənəd Ermənistana daha bir zərbədir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Ermənistanın Mehri rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir. Dəhlizin açılması, əslində, dalan ölkə olan Ermənistan üçün də faydalıdır.

“Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Təxminən bir il yarımdır ki, Ermənistan hakimiyyəti, oradakı ayrı-ayrı revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycana qarşı istifadə etməyə çalışaraq müəyyən şərtlər irəli sürür və yersiz bəyanatlar səsləndirirlər. Bu şərtləri qəbul etməyən qalib Azərbaycan isə qarşısına qoyduğu məqsədləri uğurla reallaşdırır və milli maraqlarının təmin olunmasını, regional əməkdaşlığın genişlənməsini hədəfləyən addımlar atır. Ölkəmizin dost İranla yeni nəqliyyat bağlantısının yaradılması ilə bağlı razılığa gəlməsi bunu bir daha təsdiqləyir. Əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətsə, yenə də regional əməkdaşlıqdan kənarda qalacaq, dərin sosial-iqtisadi böhran məngənəsindən çıxa bilməyəcək” , - deyə deputat qeyd edib.

F.Yıldırım vurğulayıb ki, yeni layihə Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır. Bu yol, əslində, Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı xoş olmayan niyyətləri iflasa uğrayır. Yəni, Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək. Bütövlükdə Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür.

Deputat bildirib ki, yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu, o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın gəlirləri artacaq. Eyni zamanda, Naxçıvanla kommunikasiya əlaqələri təmin olunacaq.(Azərtac)




Baxış sayı: 657
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031