FACT-INFO.AZ » SİYASƏT » TÜRKPA-nın iclasında Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs olunub
10-03-2022, 09:25 | SİYASƏT
TÜRKPA-nın iclasında Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs olunub

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

“Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu” mövzusuna həsr edilən iclasa Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç moderatorluq edib. İclasın açılışında TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Erol Kaya (Türkiyə) və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər giriş nitqləri söyləyiblər.

Tədbir TÜRKPA ölkələri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin mövzu ilə bağlı çıxışları ilə davam edib.

Mövzu ilə bağlı ilk söz Səməd Seyidova verilib. TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığında parlamentlərin rolundan söz açan deputat çıxışında qlobal və regional miqyasda sülhün qorunması üçün birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq münasibətlərdə hüquqa, hüquq bərabərliyinə əsaslanmağın vacibliyinə diqqət çəkən S.Seyidov TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığının dünyada sülhün möhkəmləndirilməsinə verəcəyi töhfələrlə bağlı fikirlərini səsləndirib. O, Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən və atdığı addımlardan danışıb.

Sonra Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq münasibətlər, müdafiə, təhlükəsizlik və miqrasiya məsələləri komitəsinin sədri Çingiz Aydarbekov, Macarıstan Milli Məclisinin Xarici işlər komitəsinin sədri Jolt Nemet, Özbəkistan Respublikası Ali Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva çıxış ediblər. Komitə sədrləri TÜRKPA ölkələrinin qarşılaşdıqları təhlükəsizlik məsələlərini, sülhə qarşı təhdidləri dəyərləndiriblər, beynəlxalq sülhün gücləndirilməsi, dövlətlərarası dialoqun genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya və TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirə yekun vurublar və iştirakçıların səsləndirdikləri fikirlərin münaqişələrin dinc yolla həlli üçün parlament əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə inamlarını bildiriblər.




Baxış sayı: 566
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30