Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, Ermənistan ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.
Bu qanunsuz səfər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır.
Ermənistan ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun.
Baxış sayı: 566
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

